Azərbaycan
muzeyləri — Azərbaycan ərazisindəki muzeylər. Hazırda Azərbaycanda
201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si
tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər
Əliyev muzeyləridir.
Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların
nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir. Həmin muzeylər
sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan
Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyini, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar.
Azərbaycanda möhtəşəm muzeylərə Şəki Xan sarayını, Qobustan
qayalıqlarını, Şirvanşahlar kompleksini, Möminəxatun məqbərəsini, eləcə də Şuşa
şəhərini göstərmək olar.
Bu gün Azərbaycanda
180-ə yaxın muzey var. İlk muzey Bakıda - ci ildə, ilk memorial muzey isə Şəkidə
1938-ci ildə yaradılıb. AMEA -nın
Tarix muzeyi ötən əsrin 20- ci illərindən millətin ixtiyarına verilib.
Maraqlıdır, bu muzey məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin mülkündə
yerləşir. Həmin binanın özü də Azərbaycan tarixinin keçmişindən xəbər verən daş
abidə kimi qiymətlidir. Ona görə də Tarix muzeyinə bəzən "Muzey içində
muzey" deyirlər. Fərəhli haldır ki, dövlətin xüsusi qayğısı nəticəsində bu
qədim muzey yüksək səviyyədə bərpa və təmir edilərək yenidən öz qapılarını
seyrçilərin üzünə açmışdır. Ölkədə muzey işinin inkişaf etdirilməsi istiqamətində
Prezident İlham Əliyev tərəfindən lazımi tədbirlər görülür. Yalnız Bakıda
deyil, regionlarımızda da yerləşən muzeylərdə əsaslı yenidənqurma və təmir
işləri aparılır.
Ölkə başçısı İlham Əliyevin
"Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal muzeyinin
yaradılması və İstiqlal abidəsinin ucaldılması haqqında" 2006-cı il 18
dekabr və "Müasir İncəsənət muzeyinin yaradılması haqqında" 2006-cı
il 19 dekabr tarixli sərəncamları muzey işinə dövlət qayğısının aydın
təzahürüdür. Prezident milli-mədəni sərvətlərin qorunması və gələcək nəsillərə
çatdırılması işinə xüsusi diqqət göstərərək artan iqtisadi potensialın tempinə
uyğun olaraq mədəniyyət sahəsində də yeni mərkəzlərin yaradılmasını, fəaliyyət
göstərməsini, millətə xidmət etməsini zəruri sayır.
Ölkə muzeylərinin mövcud vəziyyətini daha da yaxşılaşdırmaq üçün bu
sahədə bir sıra əlavə tədbirlərin həyata keçirilməsi zərurəti də özünü
göstərməkdədir. Bu, bir tərəfdən maddi-mənəvi abidələrin mühafizəsi üçündürsə,
digər tərəfdən də inkişaf edən, gündən-günə gözəlləşən məmləkətimizin hər bir
mədəniyyət ocağının dünya standartlarına uyğun şəkildə həyata qaytarılması,
bərpa edilməsi və yaşamasıdır.
Prezident İlham
Əliyevin 2007-ci il martın 6-da "Azərbaycanda muzey işinin
yaxşılaşdırılması haqqında" imzaladığı Sərəncamda deyilir:
"Azərbaycanda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi həyatının
inkişafı baxımından əhəmiyyətini və perspektivlərini nəzərə alaraq elmi və
mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirmək üçün Azərbaycanın
regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə,
yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı
hazırlansın". Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti
və digər aidiyyəti təşkilatlar dövlət başçısının göstərişinə əsasən
Azərbaycanda muzeylərin fəaliyyətinin müasir prinsiplər əsasında müvafiq olaraq
yenidən qurulması və onun bütün ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə
uyğunlaşdırılması yolunda işə başladılar.
Həmin sərəncama
əsasən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət muzeyinin müasir
tələblərə, beynəlxalq standartlara cavab verməsi üçün yeni binada fəaliyyət
göstərməsi məqsədəuyğun hesab edilmişdir.
Bu günlərdə dənizkənarı Milli Parkın ərazisində Lətif Kərimov adına
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənət Dövlət muzeyinin təməlqoyma mərasimi
olmuşdur. Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyilə inşa
olunacaq bu bina çox qeyri-adi bir formada - bükülmüş xalçanı xatırladacaq
şəkildə inşa olunacaqdır. Ümumi sahəsi 18 min 446 kvadratmetr olacaq
üçmərtəbəli binanın birinci qatında Şərq salonu, kitabxana, elmi xalçaçılıq
toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, ikinci qatda mərasimlər və
audiovizual təqdimatlar salonu, üçüncü qatda isə sərgilər keçiriləcəkdir.
Binanın zirzəmisində arxiv, anbar, laboratoriya və başqa şöbələr yerləşəcəkdir.
Açıq havada heykəllərin və xalçaların nümayişi üçün də sərgi nəzərdə
tutulmuşdur.
Təməlqoyma
mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, YUNESKO-nun Baş
direktoru Koişiro Matsuura, eləcə də YUNESKO-nun digər xoşməramlı səfirləri
iştirak edirdilər. Mərasimdə geniş nitq söyləyən Prezident İlham Əliyev dedi:
"Xalçaçılıq sənəti Azərbaycan mədəniyyətinin bir hissəsidir. Azərbaycan
xalçası öz gözəlliyi, keyfiyyəti ilə həmişə seçilmişdir. Azərbaycan xalçaları
dünyanın ən məşhur muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Əfsuslar
olsun ki, Azərbaycanda Xalça muzeyi uyğunlaşdırılmış binada yerləşirdi və
əlbəttə ki, Bakıda gözəl Xalça muzeyinin tikintisi böyük zərurət idi. Mən çox
şadam ki, bu gün bu böyük işə başlayırıq. Ümid edirəm ki, qısa müddət ərzində
Azərbaycan xalçasına xas olan, gözəlliyi ilə seçilən Xalça muzeyi tezlklə
tikilib başa çatacaqdır".
YUNESKO-nun Baş
direktoru Koişiro Matsuura Azərbaycanın milli sərvəti olan xalçaçılığın
qorunmasına və inkişafına göstərilən qayğıdan razılıq edərək bildirmişdir:
"Mən yeni tikiləcək Xalça muzeyinin çox gözəl layihəsi münasibətilə sizi
təbrik etmək istəyirəm. Mən burada fotoşəkilləri seyr etdim, eyni zamanda
maketlərlə tanış oldum. Deyə bilərəm ki, tikiləcək Xalça muzeyi Muğam Mərkəzi
ilə tam ahəngdar formada olacaqdır. Azərbaycan xalçaları həmişə hər zaman mənim
çox ürəyimcə olubdur. Prezident Heydər Əliyevin YUNESKO-ya hədiyyə kimi təqdim
etdiyi çox böyük və gözəl Azərbaycan xalçası daimi olaraq binamızda nümayiş
etdirilir".
Hiç yorum yok:
Yorum Gönder