1 milyon 500 min - 1
milyon 200 min il əvvəl - Azərbaycanda ilk insanın izləri. Quruçay mədəniyyəti
1 milyon 200 min - 1
milyon il əvvəl - Azıx mağarasında insan həyatının başlanması
400-350 min il əvvəl
- Azıx mağarasındakı azıxantropun çənə fraqmenti
40-35 min il qabaq -
Yuxarı paleolitin başlanması. Müasir insanın meydana gəlməsi
E. ə. XIII-V
minilliklər - Mezolit və neolit dövrü. İstehsaledici təsərrüfatın təşəkkülünün
başlanması
E. ə. IV-VI
minilliklər – Eneolit dövrü. Şomutəpə mədəniyyəti.
E. ə. IV-III
minilliyin sonu - İlkin tunc dövrü. Kür-Araz mədəniyyəti.
E. ə. III minilliyin
sonu - Azərbaycan ərazisində ilk tayfa ittifaqları. Kutilər, lullubilər və
hurrilər
haqqında Şumer-Akkad
mənbələrinin məlumatı.
E. ə. II minillik -
Naxçıvan mədəniyyəti.
E. ə. II minilliyin
birinci yarısı - Ön Asiyaya gələn ari tayfaları Urmiya gölü sahillərində
hurilərlə təmasda olmuşlar.
E. ə. II minilliyin
sonu - Azərbaycanda ibtidai icma quruluşunun dağılması.
E. ə. II minilliyin
sonu - I minilliyin başlanğıcı -Azərbaycan ərazisinə irandilli tayfaların
soxulması.
E. ə. IX əsrin ikinci
yarısı - Urmiyasahili rayonda Manna çarlığı təşəkkül tapmışdır.
E. ə. VIII əsr -
Manna dövlətinin güclənməsi və genişlənməsi. Aşşurlular və urartulular ilə
mübarizə.
E. ə. 714-cü il - II
Sarqonun Urartuya qarşı yürüşü.
E. ə. VIII-VII əsrin
sonu - kimmerlərin, iskitlərin və sakların Qafqaza və Ön Asiyaya soxulması.
E. ə. VII əsrin 70-ci
illəri - Azərbaycan ərazisinin bir hissəsində kimmer-iskit-sak çarlığının
meydana gəlməsi.
E. ə. VII əsrin 70-ci
illəri - Mada çarlığının meydana gəlməsi.
E. ə. 660-cı ilə
yaxın - Mannada çar Ahşeriyə qarşı üsyanlar.
E. ə. 625-585-ci
illər - Kiaksarın hökmranlığı.
E. ə. 615-ci il -
Madalıların Aşşur ilə müharibəsinin başlanması
E. ə. 612-ci il -
Neynəvanın madalılar və babillər tərəfindən işğal edilməsi
E. ə. 612-605-ci
illər - Aşşur dövlətinin süqutu, onun Mada ilə Yeni Babil çarlığı arasında
bölünməsi
E. ə. VII əsrin sonu
- VI əsrin başlanğıcı - Mannanın, Skif çarlığının və Urartunun madalılar
tərəfindən işğal edilməsi
E. ə. 550-ci il -
Mada dövlətinin süqutu. Farsların Haxamanişilər dövlətinin meydana gəlməsi
E. ə. 522-ci il -
Qaumatanın çevrilişi.
E. ə. əvvəl 521-ci il
- Fravartişin başçılığı ilə madalıların üsyanı
E. ə. IV əsr -
eramızın III əsri - Yaloylutəpə mədəniyyəti
E. ə. 334-330-cu
illər - Makedoniyalı Aleksandrın istilaları və Haxamanişilər dövlətinin süqutu
E. ə. 331-ci il -
Qavqamela yaxınlığındakı döyüşdə madalıların, kadusilərin, sakesinlərin və
albanların iştirak etməsi
E. ə. IV əsrin son
sülsü - Atropatena dövlətinin meydana gəlməsi
E. ə. III əsr -
Albaniya dövlətinin meydana gəlməsi
E. ə. 285-280-ci
illər - Kaspi dənizini öyrənmək üçün Heraklidin və Patroklun ekspedisiyaları.
E. ə. III əsrin son
sülsü - Atropatenanın güclənməsi. Çar Artabazan.
E. ə. III əsrin 20-ci
illərinin sonu - Artabazan Selevki çarı III Antioxun ali hakimiyyətini tanıyır.
E. ə. III əsr -
Albaniyada sikkə kəsilməsi.
E. ə. II əsrin 60-cı
ili - Atropatena yenidən müstəqil siyasət yeridir.
E. ə. I əsr -
Atropatenada parfiyalıların və Avesta zərdüştiliyinin mövqelərinin
möhkəmlənməsi.
E. ə. I əsr - Roma
müdaxiləsinə qarşı albanların mübarizəsi.
E. ə. 60-cı illər -
Yazılı mənbələrdə alban basilevisi Oroysun və onun qardaşı Kosisin xatırladılması.
E. ə. I əsrin ikinci
yarısı - Atropatenada Artabazdın hökmranlığı.
E. ə. 36-cı il -
Romalıların Atropatenaya soxulması. Fraaspanın qəhrəmancasına müdafiəsi.
Atropatena çarı Artabazd və parfiyalılar tərəfindən Antoninin qoşunlarının
darmadağın edilməsi.
E. ə. 35-ci il -
Albanların parfiyalılarla çarpışması. Basilevs Zober.
E. ə. I əsrin sonu -
Atropatena çarlarının parfiyapərəst siyasətinin sonu. Romalılar ilə yaxınlaşma
və ittifaq.
Eramızın I əsrinin
başlanğıcı - Arşakilər Atropatenada hakimiyyəti ələ keçirmişlər.
Eramızın I əsrinin
ikinci yarısı - Albaniyada Arşakilər sülaləsi hökmranlığının bərqərar olması
70-ci illər -
Albanların Azərbaycana və qonşu ölkələrə soxulması
80-90-cı illər -
Romalıların Albaniyaya yürüşü
III əsrin II yarısı -
Azərbaycan ərazisində Sasani işğalı dairəsi
313-371 - Alban
hökmdarı Urnayr
313 - Albaniyada
xristianlığın dövlət dini kimi qəbul edilməsi
V əsrin əvvəlləri-
Yeni alban əlifbasının yaradılması
422 - Alban keçidinin
birgə müdafiəsi üçün İran-Bizans sazişi
428 - Sasanilərin
Ermənistanda dövlətçiliyi ləğv etmələri
V əsrin ortaları -
Perozabad-Bərdə şəhəri Albaniyanın yeni paytaxtıdır
450-451 - Cənubi
Qafqaz xalqlarının Sasanilərə qarşı hərəkatı
451, 2 iyun - Avarayr
döyüşü
457-463 - Alban
xalqının Sasanilərə qarşı üsyanı
463-487 - II Vaçenin
taxt-tacdan imtinası; alban arşakilər sülaləsinə ara verilməsi. I mərzbanlıq
481-484 - Cənubi
Qafqaz xalqlarının Sasanilərə qarşı yeni çıxışları
485 - Nvarsak sülh
müqaviləsi
487 - Alban Arşakilər
sülaləsi hakimiyyətinin bərpası
487-510 - III Mömin
Vaçaqan
488 - Aquen (Aluen)
məclisinin çağırılması
V əsrin sonu VI əsrin
I yarısı - Məzdəkilər hərəkatı
510 - Alban Arşakilər
sülaləsinin hakimiyyətinə son qoyulması
510-628 - Albaniyada
II mərzbanlıq dövrü
VI əsrin I yarısı,
ortaları - Türk tayfalarının (savirlərin, avarların, bulqarların, xəzərlərin)
Cənubi Qafqaz ərazisinə yeni yürüşləri
531-579 - I Xosrov
Ənuşirəvan
586 - Bizans
ordusunun Albaniyaya hücumu
591 - İran-Bizans
müqaviləsi
603 - Mihranilərin
Albaniyada qərarlaşması; Alban katalikosu Vironun fəaliyyətə başlaması
603-628 - İran-Bizans
müharibəsi
626 - Xəzərlərin
Albaniyaya geniş hücumunun başlanması
627 - Mehrani Varaz
Qriqorun Ktesifonda "Girdiman hakimi və Albaniyanın işxanı" titulunu
alması
629-630 - Xəzərlərin
Albaniyanı tutması
639-640 - Ərəblərin
Azərbaycana ilk uğursuz basqınları
640-642 - İran
qoşunlarının Albaniyaya hücumları
640 - Cavanşirin
İberiya hökmdarı Atrnersehlə "sarsılmaz ittifaq" bağlaması
642 - Nihavənd döyüşü
643 - Ərəblərin
Azərbaycana hücumu. Ərdəbil döyüşü
643 - Ərəb-Azərbaycan
sülh sazişi
643 - Utba ibn
Farkadın xəlifənin Azərbaycandakı "amili" vəzifəsinə təyin edilməsi
643 - Ərəblərin
Dərbəndi-Bab əl-Əbvabı tutması. Sülh sazişi
644 - Ərəblərin
Muğanı tutması. Sülh sazişi
644-645 - Azərbaycan
əhalisinin ərəblərə qarşı çıxışları
644-645 - Ərəblərin
Azərbaycana yeni-ikinci yürüşü. Yeni sülh sazişi
644-645 - Həbib ibn
Məsləmənin və Salman ibn Pəbiənin Albaniyaya yürüşləri və onun işğalı
652-653 - Salman ibn
Rəbiənin Dərbəndə uğursuz hücumu; onun öldürülməsi. Azərbaycanın çox hissəsinin
yenidən ərəb itaətindən çıxması
654-655 - Həbib ibn
Məsləmənin Qafqaza yeni hücumu. Azərbaycanın şimal hissəsinin də Xilafətdən
asılı vəziyyətə düşməsi
654 - Ərəb canişinini
iqamətgahının Dvindən Bərdəyə köçürülməsi; Cavanşirin Bizans imperatoru II
Konstantla danışıqları
664 - Cavanşirin
xəzərlərlə sazişi və xaqanın qızı ilə evlənməsi
667-670 - Cavanşirin
xəlifə Müaviyə ilə görüşləri və danışıqları
680 - Cavanşirin qətli
VII əsr - 15 aşırımın
Xudafərin körpüsünün tikilməsi
VII əsrin II yarısı -
Alban şairi Davdək
680 - Xəzərlərin
Azərbaycana yeni hücumlarının başlanması
680-669 - Alban
hökmdarı I Varaz Tiridat
681 - Alban
katolikosu Yeliazarın, yepiskop İsrailin xəzərlərlə danışıqları
688-690 - Cənubi
Qafqaz ərazisinə ərəblərin və bizansların basqınları. Albanların üçqat
tabeçiliyinə düşmələri
691-92, 725-26 -
Azərbaycan əhalisinin siyahıya alınması
699-704 - I Varaz
Tiridatın Konstantinopolda əsir saxlanılması
VII-VIII əsrin
hüdudları – Ərəbdilli Azərbaycan ədəbiyyatının yaranması
VII əsrin II
yarısı-VIII əsrin I əvvəlləri - Moisey Kalankatlı və onun "Alban
tarixi" əsəri
704 - Partav (Bərdə)
dini məclisi; alban kilsəsinin erməni kilsəsinə tabe edilməsi
705 - Albaniyanın
dövlət müstəqilliyini itirməsi; onun ərəb vilayəti Arrana çevrilməsi
VIII əsr –
Azərbaycanda sufizmin yayılmağa başlaması
707-708 – Azərbaycan
ərazisində ərəb-xəzər müharibələri
721-722 – Xəzər,
qıpçaq və başqa türk tayfalarının Azərbaycana hücumları
VIII əsrin 30-cu
illəri - Mərvan ibn Məhəmmədin xəzərlərə qarşı uğurlu yürüşləri
748-752 -
Azərbaycanda Xilafətə qarşı çıxışlar; Müsafir ibn Küseyrin üsyanı
750 - Abbasilər
sülaləsinin Xilafətdə hakimiyyət başına gəlməsi
755 - Atəşpərəst
Sunbadın üsyanı
VIII əsrin ortaları -
Azərbaycana cənub ərəb tayfaları axınının güclənməsi; burada məskunlaşan şimal
və cənub ərəb tayfaları arasında ədavətin artması
775-785 - Xəlifə
əl-Mehdinin hakimiyyəti; onun yeni dini təlimatı
778-779 -
Xürrəmilərın ilk çıxışı
793-794 - Beyləqanda
Əbu Müslim üsyanı
796/97-797/98 -
Xürrəmilərin Azərbaycanda yeni çıxışları
VIII əsrin sonu -
Ərəb-Xəzər müharibələrinin başa çatması
VIII əsrin sonu - IX
əsrin əvvəlləri - "Ərminiyə" inzibati adının faktiki ləğvi
VIII əsrin sonu - IX
əsrin əvvəlləri – Yəzid ibn Məzyəd ət-Şeybaninin Azərbaycanda hakimliyi
808-809 -
Xürrəmilərin Azərbaycanda, İsfahanda, Reydə, Həmədanda və s. çıxışları
816 - Cavidan və Əbu
İmranın bir-birlərini öldürmələri; Babək-xürrəmilərin başçısıdır.
821 - II Varaz
Tiridatın öldürülməsi
IX əsrin 20-ci
illərinin sonu - 30-cu illərinin əvvəli - Arranda bidətçi beyləqanlıların
(pavlikianların) hərəkatı
830-833 -
Xürrəmilərin hərəkatının genişlənməsi, Həmədanın tutulması
835 - Alban hakimi
Səhl ibn Smbatın Arranı ələ keçirməsi
836 - Həştadsər
vuruşması
836-cı ilin qışı -
Babəkin sərkərdəsi Tarxanın öldürülməsi
837 avqust - Bəzz
qalasının tutulması və dağıdılması; Babəkin qaçması
837, 15 sentyabr -
Babəkin tutularaq Bərzəndə gətirilməsi
838, yanvar-mart -
Babəkin edam edilməsi
839-840 -
Təbəristanda Məzyədin başçılığı ilə üsyan
839-40 - Azərbaycanda
Minkiçəvr əl-Fərqaninin mərkəzi hakimiyyətə qarşı çıxışı
842-847 - İsfahanda
xürrəmilərin yeni çıxışları
IX əsrin 40-cı illəri
- Cənubi Qafqazda Xilafətə qarşı çıxışlar
853 - Buğa əl-Kəbirin
çıxışları yatırması; yerli hakimlərin Samirə şəhərinə əsir aparılması
IX əsrin II yarısı-X
əsrin əvvəlləri - Xilafətin zəifləməsi; Azərbaycanda separatizmin güclənməsi
861 - Məzyədilərdən
olan Heysəm ibn Xalidin Şirvanda, Yəzid ibn Xalidin Layzanda hakimiyyəti ələ
almaları
869 - Haşim
əs-Suləminin müstəqil Dərbənd şəhər-dövlətinin (əmirliyinin) əsasını qoyması
886 (887) - Qriqor
Hammamın Alban dövlətin bərpa etməsi
IX əsrin 80-ci
illərinin əvvəlləri - Bakı neft mədənlərindən və duz yataqlarından əldə edilən
gəlirin dərbəndlilərə verilməsi haqqında Xəlifə fərmanları
IX əsrin 80-cı
illərin axırı - Sünik və Arsax-Xaçın knyazlığının yaranması
IX əsrin II yarısı -
X əsrin I yarısı - Azərbaycanda elmi və fəlsəfi fikrin inkişafı (əl-Bərdici,
əl-Bərdəi, Məhəmməd əl Bakuvi və b.)
898-941 - Sacilər
dövləti
901-927 - Yusif ibn
Əbu Sacın Xəlifənin Azərbaycandakı canişini təyin edilməsi
913-914 - Rusların
Abşeron sahilinə və Bakıya hücumları
914 - Yusifin erməni
hökmdarı I Smbatı məğlub etməsi
917 - Layzanşah Əbu
Tahir Yəzidin Şirvanı tutması və "şirvan-şah" titulunu qəbul etməsi
917 - Şamaxının Əbu
Tahir Yəzidin şərəfinə Yəzidiyyə adlandırılması
930 - Şirvan-Dərbənd
sülh müqaviləsi
943 - Rusların
Bərdəni işğalı və dağıtması
960 - Sənəkərimin
Şəkidə hakimiyyəti möhkəmlətməsi və "alban hökmdarı" adını qəbul
etməsi
971-1075 - Şəddadilər
dövləti (Gəncə əmirliyi)
983 - Şabranın qala
divarlarının tikilməsi
983-1060; 1107-1117 -
Rəvvadilər dövləti
1018-1021, 1029 -
Oğuzların Azərbaycana yürüşləri
1027 - Araz çayı
üzərində on bir aşırımlı Xudafərin körpüsünün tikilməsi
1030 - Rusların
gəmilərlə Azərbaycana yeni hücumu
1038-Orta Asiyada
Oğuz dövlətinin təşəkkülü
1040 - Dəndənəkan
döyüşü
XI əsrin 40-cı illəri
- Səlcuq yürüşlərinin başlanması
1045 - Yəzidiyyənin
və Gəncənin qala divarlarının möhkəmləndirilməsi
1054 - Sultan
Toğrulun Təbrizə hücumu
1066 - Şirvanda
iğtişaşlar
XI əsrin 60-70-ci
illəri - Alp Arslanın, Məlik şahın Azərbaycana hücumları
1078/79 - Bakıda
"Sınıq qala" məscidinin inşası
XI əsrin sonu -
Dərbənd şəhər-dövlətinin Şirvanşahlar dövlətinə qatılması
XI-XII əsrlər -
Gəncəçay üzərində üç çoxaşırımlı körpünün inşası
XI-XIII əsrin
əvvəlləri - Azərbaycan poeziya məktəbinin çiçəklənmə dövrü
1100 - Beyləqanda
üsyan
1111 - Şirvanşah III
Mənuçehrin gürcü şahzadəsi Tamarayla evlənməsi
1117-1157 - Böyük
Səlcuq sultanı Səncər
1118 - Mərkəzi
Həmədanda olan İraq Səlcuq sultanlığının yaradılması; sultan Mahmudun
fəaliyyətə başlaması
1120/21 - Gürcü
hökmdarı IV Davidin Arrana hücumu
1122 - Gəncədə zəlzələ
1123/24 - Gürcülərin
Şirvana hücumları
1130-1213 - Mxitar
Qoş
1133-1152 - Məsudun
İran sultanı elan edilməsi
1135 - Xəlifə-sultan
qarşıdurmasının müharibəyə çevrilməsi; xəlifə qoşununun məğlubiyyəti
1136 - Sultan Məsudun
atabəy Şəmsəddin Eldənizə Arranı iqta verməsi; Atabəyin Bərdəyə gəlişi
1139 - Gəncədə
zəlzələ; gürcülərin basqını və şəhər qapılarını da qənimət kimi aparmaları
1142 - Əmir Qutluğun
Gəncədə sultana qarşı çıxışı
1145-1234 -
Şihabəddin Sührəvərdi
1147 - Xas bəyin
Sultan Məsud tərəfindən Azərbaycan və Arrana hakim təyin edilməsi
1148 - Marağada
"Qırmızı günbəz" türbəsinin inşası
1148 - İraq
sultanlığı əmirlərinin Şəmsəddin Eldənizlə birlikdə sultan Məsuda qarşı
çıxışları və hücumları
XII əsrin ortaları -
Mxitar Qoşun "Nor-Getik"-Qoşavəng monastırının və oradakı məktəbin
yaranması
1153 - Sultan
Məhəmmədin hakimiyyətə gəlməsi
1160 - Arslan şahın
İraq sultanı olması Şəmsəddin Eldənizə "böyük atabəy" titulu verilməsi
1161 - Gürcülərin
Azərbaycan Atabəyləri dövləti ərazisinə ilk hücumu; Ani, Dvin, Gəncə
şəhərlərinin qırğın və talana məruz qalması
1163-64 - Şəmsəddin
Eldənizin Gürcüstana cavab hücumu. Ani və Dvin şəhərlərinin qaytarılması
1166 - Sünik
padşahlığının dağılması
1168 - Marağa hakimi
Arslan Abanın atabəylərdən vassal asılılığı haqqında müqaviləni imzalaması
1174/75 - Rusların və
qıpçaqların Şirvana yürüşləri
1174-1186 - Atabəy
Məhəmməd Cahan Pəhləvan
1175 - Təbrizin və
Ruindiz qalasının Eldənizlərin mülklərinə qatılması
1186 - Möminə xatun
(Atabəy günbəzi) türbəsinin inşasının başa çatması
1186-1191 - Atabəy
Qızıl Arslan "Məmlük" dövrünün başlanması
1188 - Qızıl Arslanın
Həmədanı tutması və sultan taxtına oturması
1191 - Qızıl Arslanın
qətli
1191/92 - Şamaxıda
dağıdıcı zəlzələ. Şirvanşahların paytaxtı Bakıya köçürmələri
1191-1210 - Atabəy
Əbubəkr
1194 - Şəmkir,
Beyləqan, Gəncə yaxınlığında birləşmiş gürcü-Şirvan ordusu ilə Əbubəkr ordusu
arasında döyüş. Əbubəkrin məğlubiyyəti
1194 - Cahan
Pəhləvanın oğlu Əmir Əmiranın gürcü-Şirvan birliyinin köməyilə Gəncəni tutması
və burada öldürülməsi
XII əsr - Qazax
rayonu ərazisində "Qırmızı körpü"nün inşası
XII-XIII əsrin əvvəli
- Arsax-Xaçın knyazlığının yenidən dirçəlməsi
1206 - Atabəy
Əbubəkrin gürcü hökmdarlarının qızı ilə evlənməsi; gürcü hücumlarına ara
verilməsi
1208 - Marağa
hakimləri Ağ Sunqur əl-Əhmədililər nəslinin tükənməsi. Atabəy Əbubəkrin
Marağanı tutması
1210 - Atabəy
Əbubəkrin vəfatı
1210-1225 - Atabəy
Özbək
1210-1211 -
Gürcülərin Azərbaycan ərazisinə ən böyük və geniş hücumları. Azərbaycan
şəhərlərinin (Mərənd, Miyanə, Zəncan, Qəzvin, Əbhər, Ərdəbil, Uçan, Dvin və b.)
çapılıb talan edilməsi
1214-1215 - Özbəyin
Xaçına yürüşü
1215 - Həsən Cəlalın
Alban dövlətinin (Arsax-Xaçın) bərpa etməsi
1215-1261 - Həsən
Cəlalın hakimiyyəti
1216 - Qandzasar
monastırının tikilməyə başlanması
1220-1222 -
Monqolların Azərbaycana ilk yürüşləri. Azərbaycan şəhərlərinin işğalı
1221 - Qıpçaqların
Azərbaycana hücumları
1221 - Gürcülərin
Şəki və Qəbələni tutması
1225-1231 - Xarəzmşah
Cəlaləddin Mənqburnu Azərbaycanda
1225 - Azərbaycan
Atabəylər dövlətinin süqutu
1227 - Şəki və
Qəbələnin gürcülərdən geri alınması
1231 - Xarəzmşah
Cəlaləddinin qətli
1231 - Şirvanşahlar
dövlətinin müstəqilliyinə son qoyulması
1231-ci il -
Monqolların ikinci yürüşü
1225 - Gürcü
feodallarının Gəncəyə hücumu
1225-1244 - Şirvanşah
III Fəriburz
1227 - Şəki və
Qəbələnin gürcülərdən geri alınması
1231 - Xarəzmşah
Cəlaləddinin qətli
1230-1294 -
Musiqişünas Səfıəddin Urməvi
1231 - Gəncədə
Bəndərin başçılığı ilə Cəlaləddinə qarşı üsyan
1235 - Gəncənin
monqollar tərəfindən işğalı
1239 - Dərbəndin
monqollar tərəfindən tutulması və Azərbaycanın tam işğalı
1239-1256 -
Azərbaycanda Ali monqol xaqanlığı canişininin hakimiyyəti
1244-1260 - Şirvanşah
II Axsitan
1252-1334 - Səfəvilər
sülaləsinin banisi Şeyx Səfiəddin
1254 - Əhalinin
monqollar tərəfindən siyahıya alınması
1256-1357 -
Azərbaycanda Hülakülar (Elxanilər) dövləti
1256-1265 - Hülakü xanın
hakimiyyəti
1259 - Marağa
rəsədxanasının açılışı
1260-1267 - Şirvanşah
II Fərruxzad
1262, 1265, 1288 -
Qızıl Orda xanlarının Azərbaycana yürüşləri
1265-1282 - Abaqa xan
Hülaki
1267-1294 - Şirvanşah
II Gərşasb
1276 - Arranda Abaqa
xana qarşı üsyan
1282-1284 - Əhməd
Tekudar Hülaki
1284-1291 - Arqun xan
Hülaki
1291-1295 - Keyxatu
xan Hülaki
1294-1317 - Şirvanşah
III Fərruxzad
1295 - Baydu xan
Hülaki
1295 - Qazan xanın
islam dinini qəbul etməsi
1295-1304 - Qazan xan
XIII-XIV əsrlər -
Mərdəkan, Nardaran, Ramana, Ərk qalalarının inşası
XIII-XV əsrlər -
Bakıda Şirvanşahlar kompleksinin tikilməsi
XIV əsrin əvvəlləri -
Təbrizdə universitet səviyyəli Ali mədrəsənin açılışı
XIV əsrin əvvəlləri -
Təbrizdə Dar üş-şəfa (xəstəxana) binasının tikilməsi
XIV əsrin əvvəlləri -
Mahmudabad şəhərinin inşası
1304-1316 - Sultan
Məhəmməd Xudabəndə (Ulcaytu)
1316-1335 - Sultan
Əbu Səid
1318 - Təbrizdə
Rəbi-Rəşidi məhəlləsinin qarət edilməsi
1322 - Bərdə
türbəsinin tikilməsi
1335 - Qızıl Orda
xanı Özbəyin Azərbaycana yürüşü
1335-1336 - Arpa xan
Hülaki
1336 - Musa xan
Hülaki
1336-1338 - Məhəmməd
xan Hülaki
1339-1340 - Satıbəy
xatun Hülaki
XIV əsrin 40-cı
illəri - Hülakülər dövlətinin parçalanması
1340 - Bağdadda
Cəlairilər dövlətinin təsisi
1340-1344 - Süleyman
xan Hülaki
1340-1357 - Çobani
feodallarının Azərbaycanda faktiki hökmranlığı
1344-1355 -
Ənuşirəvani-Adil Hülaki
1344, 1346, 1357 -
Təbrizdə Çobani feodallarına qarşı üsyanlar
1345-1372 - Şirvanşah
Kavus
1345-1357 - Həsən xan
Hülaki
1359-1410 -
Azərbaycan Cəlairilər dövlətinin tərkibində
1359-1374 - Şeyx
Üveys Cəlairi
1364-1367 - Şirvanşah
Kavusun Cəlairilərə qarşı mübarizəsi
1372-1382 - Sultan
Hüseyn Cəlairi
1382-1538 -
Dərbəndilər sülaləsi
1382-1417 - Şirvanşah
I İbrahim
1382-1410 - Sultan
Əhməd Cəlairi
1385, 1387, 1394 -
Qızıl Orda xanı Toxtamışın Azərbaycana yürüşləri
1386, 1392, 1399 -
Teymurun Azərbaycana yürüşləri
1387, 1393, 1397,
1400 - Teymurun Əlincəqalaya hücumları
1387-1401 -
Əlincəqalanın qəhrəmancasına müdafiəsi
1404 - İspaniyalı
Klavixo Təbrizdə
1405-1406 -
Azərbaycanda Teymurilərə qarşı üsyan
1406, may-iyun -
Şirvanşah İbrahimin Təbrizə gəlişi
1406, iyul - Cəlairi
Sultan Əhmədin Təbrizə qayıtması
1406, 14 oktyabr -
Naxçıvan yaxınlığında Qaraqoyunlu Qara Yusiflə Teymuri Əbübəkr arasında döyüş
1408, 21 aprel -
Təbriz yaxınlığında Qara Yusifin Teymuri Əbubəkr üzərində qələbəsi
1410, 30 avqust -
Təbriz yaxınlığında Qara Yusiflə Cəlairi Sultan Əhməd arasında döyüş
1410-1420 - Qara
Yusifin hakimiyyəti
1410-1467 -
Qaraqoyunlu dövləti
1412, dekabr - Kür sahilində
Şirvanşah İbrahim və gürcü çarı II Konstantinlə Qara Yusif arasında döyüş
1417-1465 - Şirvanşah
I Xəlilullahın hakimiyyəti
1421, 30 iyul-1
avqust - İsgəndərlə Şahrux arasında Ələşkert döyüşü
1422-1429 və
1431-1435 - Qaraqoyunlu İsgəndərin hakimiyyəti
1427-1447 - Şeyx
İbrahim (Şeyxşah) Səfəvi
1429, 17-18 sentyabr
- İsgəndərlə Şahrux arasında Səlmas döyüşü
1436-1467 -
Cahanşahın hakimiyyəti
1447-1460 - Şeyx
Cüneyd Səfəvi
1453-1457 -
Cahanşahın İranı zəbt etməsi
1453-1478 - Uzun
Həsənin hakimiyyəti (1468-ci ildən Azərbaycanda)
1458 - Cahanşahın
Heratı alması
1460-1488 - Şeyx
Heydər Səfəvi
1465-1500 - Şirvanşah
Fərrux Yəsarın hakimiyyəti
1465 - Təbrizdə
"Göy məscid"in tikilməsi. Şirvanşah elçisi Həsən bəyin Moskvaya səfəri
1466 - Rusiya elçisi
Vasili Papinin Şirvana gəlişi
1467, 10 noyabr -
Uzun Həsənlə Cahan şah arasında Muş düzündə döyüş
1471-1473 - Venesiya
elçisi Katerino Zeno Azərbaycanda
1472-1473 -
Ağqoyunlu-Osmanlı müharibəsi
1473, 1 avqust -
Malatiya döyüşü
1473, 11 avqust -
Otluqbeli döyüşü
1478, 5 yanvar - Uzun
Həsənin vəfatı
1478-1490 - Sultan
Yaqubun hakimiyyəti
1483 - Təbrizdə
"Həşt-behişt" sarayının tikilməsi
1483, 1487, 1488 -
Şeyx Heydərin Şirvan və Dağıstana yürüşləri
1487 17 iyul -
İsmayıl Səfəvinin Ərdəbildə anadan olması
1488-1404 - Şeyx
Sultan Əli Səfəvi
1489-1493 - Körpə
İsmayılın anası və qardaşları ilə İstəxr qalasında (Fars əyalətində) həbsdə
qalması
1490-1492 - Ağqoyunlu
Baysunqurun hakimiyyəti
1492-1497 - Ağqoyunlu
Rüstəm padşahın hakimiyyəti
1494-1499 - İsmayılın
Gilanda (Lahicanda)qalması
1497 - Ağqoyunlu
Gödək Əhmədin hakimiyyəti
1499 - Ağqoyunlu
dövlətinin Əlvənd və Murad arasında iki hissəyə bölünməsi
1499-1500 - İsmayılın
Ərzincan səfəri
1500-cü ilin sonları
- İsmayılın Çabanı yaxınlığında Fərrux Yəsarı məğlub etməsi
1501-ci ilin yazı -
İsmayılın Bakını alması
1501-ci ilin ortaları
- Şərur düzündə İsmayılın Ağqoyunlu Əlvəndi məğlub etməsi
1501-ci ilin payızı -
İsmayılın Təbrizdə şah elan edilməsi. Azərbaycan Səfəvilər dövlətinin yaranması
1501-1524 - I Şah
İsmayılın hakimiyyəti
1502-1524 - Şirvanşah
II İbrahimin (Şeyxşah) hakimiyyəti
1503, 21 iyun -
Həmədan yaxınlığında Şah İsmayılın Ağqoyunlu Sultan Muradı məğlub etməsi
1504-1505-ci illərin
qışı - Türkiyə sultanı II Bayazidin elçi göndərərək Səfəvilər dövlətini tanıması
1508, 21 oktyabr -
Şah İsmayılın Bağdadı tutması
1509-1510 - Şah
İsmayılın Şirvana ikinci yürüşü
1510, 2 dekabr - Mərv
yaxınlığında Şah İsmayılın Özbək Şeybani xanı məğlub etməsi
1512-1520 - Sultan
Səlimin hakimiyyəti
1514, 23 avqust -
Çaldıran döyüşü
1515 - Diyarbəkirin
Sultan Səlim tərəfindən zəbt edilməsi
1516-1517 -
Səfəvilərin Gürcüstana yürüşləri
1520-1566 - I Sultan
Süleyman Qanuninin hakimiyyəti
1521 - Gürcü
çarlarının Səfəvilərdən asılılığı qəbul etməsi
1524, 23 may - I Şah
İsmayılın vəfatı
1524-1535 - Şirvanşah
II Xəlilullahın hakimiyyəti
1524-1576 - I Şah
Təhmasibin hakimiyyəti
1534, 1535, 1548,
1554 - I Sultan Süleymanın Azərbaycana yürüşləri
1538 - Şirvanın
Səfəvilər dövlətinə birləşdirilməsi
1540, 1546, 1551,
1554 - Səfəvilərin Gürcüstana yürüşləri
1544 - Hindistan
hökmdarı Humayunun Səfəvilər sarayına gəlməsi və hərbi yardım alması
1547, 1549, 1554 -
Şirvanda Səfəvilərə qarşı üsyan
1551 - Şəkinin
Səfəvilər dövlətinə qatılması
1552-ci il -
Səfəvilərin Osmanlı ərazisinə yürüşü
1555, 29 may -
Amasiya sülhü
1555 - Paytaxtın
Təbrizdən Qəzvinə köçürülməsi
1560-1634 - Tarixçi
İsgəndər bəy Münşi
1565 - Şah Təhmasibin
tamğa vergisini ləğv etməsi
1571-1573 - Təbrizdə
şəhər yoxsullarının üsyanı
1574-1595 - III Sultan
Muradın hakimiyyəti
1576, 22 avqust-1577,
24 noyabr - II Şah İsmayılın hakimiyyəti
1578, 13 fevral-1587
- Şah Məhəmməd Xudabəndənin hakimiyyəti
1578-1590 -
Səfəvi-Osmanlı müharibələri
1578, 9 avqust -
Çıldır döyüşü
1578-1581 - Krım
tayfalarının Şirvan və Qarabağa basqınları
1540, 1546, 1554 -
Səfəvilərin Gürcüstana yürüşləri
1587-1629 - Şah
Abbasın hakimiyyəti
1590 - İstanbul sülhü
1598 - Paytaxtın
Qəzvindən İsfahana köçürülməsi
1599-1601 - Hüseynəli
bəyin başçılığı ilə Oruc bəy Bayatın Səfəvi elçiliyi tərkibində Avropaya
səyahəti
1603, 14 sentyabr - I
Şah Abbasın osmanlılara qarşı hərbi əməliyyata başlaması
1603, 21 oktyabr - I
Şah Abbasın Təbriz şəhərini tutması
1603-1617 - I Sultan
Əhmədin hakimiyyəti
1603-1607 -
Səfəvi-Osmanlı müharibəsi
1604, 8 iyun - İrəvan
qalasının osmanlılardan azad edilməsi
1605, may -
Çıqalaoğlu Sinan Paşanın Azərbaycana yürüşü
1605, 7 noyabr - I
Şah Abbasın Sufiyan yaxınlığında Osmanlı ordusu üzərində qələbəsi
1606 - Azərbaycanda
Cəlairi hərəkatının yüksəlməsi
1606, 9 yanvar - I
Şah Abbasın Şamaxı üzərinə yürüşü
1606, 5 iyul -
Gəncənin osmanlılardan azad edilməsi
1606-1607 - Gəncədə
Şah Abbas məscidinin inşası
1606 - Lori, Tbilisi
və Dmanisi qalalarının azad edilməsi
1607, yanvar - Bakıda
osmanlılara qarşı üsyanın başlanması
1607, fevral-mart -
Dərbənddə osmanlılar əleyhinə üsyanlar
1607, 27 iyun -
Şamaxı şəhərinin osmanlılardan azad edilməsi
1610 - Anadolu
Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi
1610-1612 -
Osmanlı-Səfəvi müharibəsi
1610 - Anadolu
Cəlairilərinin Səfəvi dövlətini tərk etməsi
1612, 17 oktyabr -
İstambulda Səfəvi-Osmanlı sülhünün imzalanması
1613, oktyabr - I Şah
Abbasın Gürcüstana yürüşü
1614-1616 - Şirvanda
Məlik Pirinin (Dəli Məlik) başçılığı altında üsyan
1616-1618 - Osmanlı
Səfəvi müharibəsi
1616 - Səfəvi
dövlətində ingilis tacirlərinə ticarət hüququnun verilməsi
1618, 10 sentyabr
hakimiyyəti - Sərab yaxınlığında Çınıq-körpü adlanan yerdə I Şah Abbasın
Osmanlı ordusunu məğlub etməsi
1618, 26 sentyabr -
Mərənddə Səfəvi-Osmanlı sülhünün imzalanması
1618-1623 - II Sultan
Osmanlı hakimiyyəti
1623-1640 - IV Sultan
Muradın hakimiyyəti
1624-1626 -
Səfəvi-Osmanlı müharibəsi
1625, 30 iyun - I Şah
Abbasın Əlkitçay dərəsində gürcüləri ağır məğlubiyyətə uğratması
1629, 19 yanvar - I
Şah Abbasın vəfatı
1629-1642 - I Şah
Səfinin hakimiyyəti
1629 - Talışda üsyan
1630, 30 aprel -
Osmanlı ordusunun İrəvanı tutması
1631-1632 -
Kazakların Bakı şəhərinə hücumları. Dərviş Rzanın rəhbərliyi altında Qəzvin
ətrafında üsyan
1635-ci ilin yayı -
IV Sultan Muradın Azərbaycana yürüşü
1639, 17 may -
Qəsri-Şirində Səfəvi-Osmanlı sülhünün bağlanması
1642-1667 - II Şah
Abbasın hakimiyyəti
1667-1694 - Şah
Süleymanın hakimiyyəti
1668, 4 yanvar -
Şamaxıda zəlzələ
1668-ci ilin yayı -
Stepan Razinin başçılığı altında kazakların Bakını talan etməsi
1696-1722 - Şah
Sultan Hüseynin hakimiyyəti
1699-1702 - Səfəvi
dövlətində təbəələrin ümumi siyahıya alınması
1707-1709 - Erməni
fırıldaqçı siyasətbazı İsrail Orinin Azərbaycana və İrana casusluq səfəri.
Car-Balakən bölgəsində üsyanlar
1709-1711 - Şirvanda
üsyanlar
1710 - Qaçqın
kəndlilərin zorla geri qaytarılması barədə şah fərmanının verilməsi
1713 - Səfəvi elçisi
Fəzlulla bəyin Rusiyaya səfəri
1716-1718 - Rus
dövlətinin elçisi A. P. Volınskinin Azərbaycana və İrana səfəri
1717 iyun-iyul -
Rusiya-İran ticarət müqaviləsinin bağlanması
1718-1719 - Hacı
Davudun başçılığı ilə Şirvanda üsyanın birinci mərhələsi
1720-1721 - Şirvanda
üsyanın ikinci mərhələsi
1721, avqust - Hacı
Davud və Qazıqumuqlu Surxay xanın başçılıq etdiyi Şirvan üsyançılarının
Şamaxını tutması
1722, iyul - I
Pyotrun başçılığı ilə rus qoşunlarının Azərbaycana və İrana hərbi yürüşünün
başlanması
1722, 23 avqust - Rus
qoşunlarının Dərbənd şəhərinə daxil olması
1722, 5 sentyabr -
Rus ordusunun yürüşünün dayandırılması və I Pyotrun Rusiyaya dönməsi
1722, oktyabr -
İsfahanın üsyançı əfqan qəbilələri tərəfindən alınması
1722, dekabr - Hacı
Davudun Türkiyənin himayəsinə qəbul edilməsi və Şirvan xanı təsdiq olunması:
Rus eskadrasının Rəşt şəhərini zəbt etməsi
1723, avqust - Rus
eskadrasının Bakını zəbt etməsi
1723, sentyabr -
Peterburqda Rusiya hökuməti ilə İran elçisi İsmayıl bəy arasında
"müqavilə" bağlanması
1724, 12 iyul -
İstanbulda Səfəvi irsini bölüşdürmək barədə Osmanlı-Rusiya bağlanması
1724, iyun - Osmanlı
qoşunlarının İrəvan şəhərini alması
1724 - Bakı şəhərində
Dərgahqulu bəyin başçılığı ilə ruslara qarşı hazırlanan qiyamın üstünün açılması
1725, may - Osmanlı
qoşunlarının Təbrizi alması
1725, avqust -
Gəncənin Osmanlı qoşunları tərəfindən alınması
1725, dekabr -
Ərdəbilin Osmanlı qoşunları tərəfindən alınması
1726-1727 - Müşkür,
Niyazabad, Cavad, Salyan, Astara, Lənkəran, Qızılağac və Talışın rus qoşunları
tərəfindən işğalı
1726-1758 - Qubalı
Hüseynəli xanın hakimiyyəti
1727-1728 - Hacı
Davudun Şirvan xanı vəzifəsindən azad edilməsi və Surxay xanın Şirvan hakimi
təsdiq olunması
1730 - Nadir şah
Əfşarın İsfahan şəhərini əfqanlardan azad etməsi. Bakıda ruslara qarşı
Dərgahqulu xanın başçılıq etdiyi yeni qəsdin üstünün açılması
1732, 16 yanvar -
Girmanşahda Osmanlı komandanlığı ilə II Təhmasib arasında sülh müqaviləsinin
bağlanması
1732, 21 yanvar -
Rəşt şəhərində Rusiya-İran müqaviləsinin bağlanması
1733, fevral - Bağdad
şəhərində Nadirlə Əhməd paşa arasında sülh müqaviləsinin bağlanması
1734, avqust -
Nadirin Şamaxını ələ keçirməsi
1735 - Hacı Davudun
vəfatı
1735, 10 mart - Gəncə
şəhərində Nadirlə Rusiya nümayəndəsi S. Qolitçın arasında müqavilənin bağlanması
1743 - Şəkidə üsyan
1744, noyabr - Nadir
şahın qoşunla Şəki üzərinə hərəkət etməsi
1747, 20 iyun - Nadir
şahın sui-qəsd nəticəsində öldürülməsi
1747 – III Sam
Mirzənin başçılığı ilə üsyan. Əliqulu Mirzənin özünü Adil şah adı ilə şah elan
etməsi.
Qəbələ və Ərəş
hakimlərinin Şəki xanlığına yürüşü. Seyid Abbas xanın özünü Talış xanı elan
etməsi
1743-1755 - Hacı
Çələbi xanın hakimiyyəti
1747-1759 - Dərbəndli
Məmmədhüseyn xanın hakimiyyəti
1747-1760 - Gəncəli
Şahverdi xanın hakimiyyəti
1747-1762 - Bakılı
Mirzə Məhəmməd xanın hakimiyyəti
1747-1786 - Talışda
Cəmaləddin Mirzə bəyin (Qara xanın) hakimiyyəti
1748 - Bayat
qalasının tikilməsi. Əmiraslan xanın özünü İran hakimi elan etməsi
1748-ci ilin sonu -
Adil şahın taxtdan salınması
1748-1763 - Qarabağlı
Pənahəli xanın hakimiyyəti
1751 - Məhəmmədhəsən
xan Qacarın Şuşaya yürüşü
1752 - Gürcü çarları
Teymuraz və II İraklinin Şəki xanlığına yürüşü
1755 - Hacı Çələbi
xanla qubalı Hüseynəli xan arasında toqquşma
1755-1779 - Şəkili
Hüseyn xanın hakimiyyəti
1757 - Pənahabad
(Şuşa) qalasının inşası. Salyan sultanlığının Quba xanlığına birləşdirilməsi
1758-1789 - Qubalı
Fətəli xanın hakimiyyəti
1758-1763 - Əsgəran
qalasının tikilməsi
1759 - Urmiyalı
Fətəli xan Əfşarın Şuşaya hücumu
1760-1780 - Gəncəli
Məhəmmədhəsən xanın hakimiyyəti
1760 - Məhəmmədhəsən
xan Qacarın Şuşaya yürüşü
1761 - Kərim xan
Zəndin Qarabağa yürüşü. Dərbəndin Quba xanlığına birləşdirilməsi
1763-1786 - Xoylu
Əhməd xanın hakimiyyəti
1763 - Məhəmməd Səid
xanın Yeni Şamaxını ələ keçirməsi
1768 - Şamaxı
xanlığının Quba və Şəki xanlıqları arasında bölüşdürülməsi. Cavad xanlığının
Quba xanlığına birləşdirilməsi
1768-1784 - Bakılı
Məlikməhəmməd xanın hakimiyyəti
1772 - Şəki şəhərinin
yeni əraziyə köçürülməsi
1774, iyul - Əmir
Həmzənin başçılıq etdiyi rus qoşunlarının Dərbəndi mühasirəyə alması
1774, avqust -
General de-Medemin başçılıq etdiyi rus qoşunlarının Dərbəndə gəlməsi
1779 - Qarabağlı
İbrahim xanın bakılı Məlikməhəmməd xanı həbs etməsi
1779-1781 - Şəkili
Əbdülqədir xanın hakimiyyəti
1780-1781 - Qubalı
Fətəli xanın Qarabağa yürüşləri
1781-1795 - Şəkili
Məhəmmədhəsən xanın hakimiyyəti
1783, 24 iyul -
Kartli-Kaxeti çarlığının Rusiya himayəsinə keçməsi haqqında Georgiyevsk
müqaviləsinin imzalanması
1783-1804 - Gəncəli
Cavad xanın hakimiyyəti
1785 - Xoylu Əhməd
xanın Təbrizə yürüşü
1786-1814 - Mir
Mustafa xanın hakimiyyəti
1795 - Ağa Məhəmməd
şah Qacarın Cənubi Qafqaza birinci yürüşü
1795, iyun-iyul -
Şuşa qalasının Ağa Məhəmməd şah Qacarın qoşunları tərəfindən mühasirəyə alınması
1795-1806 - Şəkili Səlim
xanın hakimiyyəti
1796, aprel - V.
Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü
1796-1806 - Qarabağlı
İbrahim Xəlil xanın hakimiyyəti
1797 - Ağa Məhəmməd
şah Qacarın Cənubi Qafqaza ikinci yürüşü
1797, 4 iyul - Ağa
Məhəmməd şahın Şuşada qətlə yetirilməsi
1801 (əvvəli) -
İran-İngiltərə müqaviləsi
1801, 12 sentyabr -
Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti
1802, 26 dekabr -
Georgiyevski müqaviləsi
1803, mart - Car-Balakənin
Rusiya tərəfindən işğalı
1804, 4 yanvar -
Gəncənin Rusiya tərəfindən işğalı
1804, 10 iyul -
Rusiya ilə İran arasında diplomatik əlaqələrin kəsilməsi
1804, iyul -
Rusiya-İran müharibəsinin başlanması
1805, 14 may -
Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsi
1805, 27 dekabr -
Şirvan xanlığı ilə Rusiya arasında müqavilə
1806, 8 fevral -
Sisianovun Bakı yaxınlığında öldürülməsi
1806, iyun -
İbrahimxəlil xanın öldürülməsi
1806, iyun - Rus
qoşunlarının Şəki xanlığından qovulması
1806, 22 iyun - Rus
qoşunları tərəfindən Dərbəndin tutulması
1806, sentyabr - Bakı
və Quba xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi
1806, oktyabr - Şəki
xanlığının işğalı
1806, dekabr -
Rus-türk müharibəsinin başlanması
1809 - İngiltərə-İran
müqaviləsi
1810, 15 iyun -
Mehrinin ruslar tərəfindən işğalı
1810, avqust - İranla
Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlanması
1812, 21 dekabr -
Kotlyarevskinin Lənkəran xanlığına soxulması
1813, 12 oktyabr -
Gülüstan sülhü
1818 - Ağalar
haqqında "Əsasnamə"
1819 - Nuxada
komendant üsulunun təsisi
1820 - Şirvanda
komendant üsulunun təsisi
1822 - Qarabağ
xanlığında komendant üsulunun təsisi
1824 - Şuşada hərbi
dairə rəisi dəftərxanasının təsis edilməsi
1826 - Lənkəranda
komendant üsulunun təsisi
1826, 19 iyul - Abbas
Mirzənin Şimali Azərbaycana hücumu
1826, 27 iyul - Gəncə
üsyanı
1826, 3 sentyabr -
Şamxor döyüşü
1826, 4 sentyabr -
Gəncənin yenidən işğalı
1826, 13 sentyabr -
Gəncə döyüşü
1826, 9 dekabr -
Nuxanın yenidən tutulması
1826, 26 dekabr - Rus
qoşunlarının Cənubi Azərbaycana soxulması
1827, 26 may -
Naxçıvanın tutulması
1827, 5 iyun -
Cavanbulaq döyüşü
1827, 7 iyul -
Abbasabadın tutulması
1827, 20 sentyabr -
Sərdarabadın süqutu
1827, 26 sentyabr -
İrəvanın mühasirəsinin başlanması
1827,1 oktyabr -
İrəvan qalasının süqutu
1827, 2 oktyabr -
Mərəndin tutulması
1827, oktyabr - Xoyun
tutulması
1827, 13 oktyabr -
Təbrizin tutulması
1827 - Xanabad (Nuxa
yaxınlığında) ipək emalı fabrikinin işə salınması
1828, 28 yanvar -
Urmiyanın tutulması
1828, 8 fevral -
Ərdəbilin tutulması
1828, 10 fevral -
Türkmənçay müqaviləsi
1828, aprel -
Rus-türk müharibəsinin başlanması
1829, 2 sentyabr -
Ədirnə sülhü
1830 - Car
vilayətinin təşkili
1830 - Car-Balakən
üsyanı
1830, dekabr - Şuşada
ilk qəza məktəbinin açılması
1831, 3 iyun - Yeni
ticarət tarifi (yasaqlı tarif)
1831 - Talış üsyanı
1832, 17 yanvar -
Bakıda qəza məktəbinin açılması
1833, 8 fevral -
Gəncədə qəza məktəbinin açılması
1837 – Quba üsyanı
1838 - Car-Balakəndə
kəndli çıxışı
1838 - Şəkidə kəndli
üsyanı
1840 - İnzibati
məhkəmə islahatı
1841, 5 yanvar -
Zaqafqaziyada dövlət əmlakının idarə olunması haqqında qanun
1844 - Qafqaz
canişinliyinin təsisi
1844-1845 - Şuşa,
Nuxa və Qubada kəndli çıxışları
1846, 14 dekabr -
Şamaxı, Dərbənd quberniyalırının təşkili
1848 - Bibiheybətdə
dünyada buruq üsulu ilə ilk neft quyusunu qazmaq cəhdi
1848 - Şuşada ilk
teatr tamaşası
1849, iyun - İrəvan
quberniyasının təşkili
1849 - Gəncədə,
Şuşada, Şamaxıda, Bakıda müsəlman məktəblərinin açılması
1850 - Lənkəranda ilk
teatr tamaşası
1852 - Car-Balakəndə
hərbi idarə üsulunun tətbiqi
1855 - Gədəbəy
misəritmə zavodunun işə düşməsi
1857 - Şamaxıda ilk
teatr tamaşası
1859 - Şamaxı və
Şuşada ilk kütləvi kitabxanaların təşkili
1861, 29 iyun -
"Cənubi Qafqaz diyarının mərkəzləşdirilməsi haqqında Əsasnamə"nin
təsdiqi
1863, iyun -
Zaqatalada üsyan
1864, 21 yanvar -
Naxçıvanı İran sərhəddindəki Culfa ilə birləşdirən və
Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin bir hissəsi olan ilk teleqraf
xətti istifadəyə verilməsi
1865 - Bakıda 4 sinifli
ali ibtidai məktəb Azərbaycanda ilk gimnaziya üçün əsas oldu
1865, 25 avqust -
"Simens qardaşları və Ko şirkəti" tərəfindən Gədəbəydə iri misəritmə
zavodunun tikilməsinin başa çatdırılması
1868 - Mərkəzi Gəncə
(Yelizavetpol) olmaqla Yelizavetpol quberniyasının yaranması
1870, 14 may - aqrar
islahat keçirilmişdir.
1872, 17 fevral -
Qafqaz və Cənubi Qafqazın iltizamda olan xəzinə neft mənbələrinin müzayiqə yolu
ilə xüsusi şəxslərə verilməsi haqqında qaydaların təsdiq olunması
1872, 16 iyun - şəhər
əsasnaməsinin təsdiq olunması
1872, avqust - Bakı
xəzinə palatasının təsiri
1873, 23 mart -
Bakıda M. F. Axundovun "Lənkəran xanının vəziri" pyesinin tamaşasının
göstərilməsi
1873 - İlk neft
fontanı
1874 - Ərəş qəzasının
təşkili
1874 - Bakıda ilk
qadın gimnaziyasının fəaliyyətə başlaması
1875, 22 iyul -
"Əkinçi" qəzetinin nəşrə başlaması
1878 - İlk neft
kəmərinin çəkilişi
1879 - "Nobel
qardaşları" firması tərəfindən ilk dəmir yolunun çəkilməsi
1880, yanvar - Bakı
rayonunda dəmir yolunun fəaliyyətə başlaması
1882 - Zaqatalada
birinci peşə məktəbi təşkil olundu
1883, may - Tiflis və
Bakı arasında dəmir yolu fəaliyyətə başladı
1883, iyul - Cəbrayıl
və Cavanşir qəzalarının təşkili
1889-1893 - İngilis
təbəəsi A. Ukqardtın və onun həmvətənlisi İ. Blissin Ucarda, Yelizavetpolda və
Kürdəmirdə biyan kökü emal edən zavodları tikdirmələri
1890, 3 dekabr -
Cənubi Qafqaz torpaqlarının sudan istifadə üçün "Sudan istifadə haqqında
Əsasnamə"nin qəbul edilməsi
1894 - Rusiyada ilk
neft ixracedici sindikat "Bakının neft-zavod sahibləri ittifaqı"nın
yaranması
1896 - Bakı-Batum
neft kəməri tikintisinin başlanması
1896 - Mərdəkanda
Azərbaycanın ilk xüsusi bağçılıq məktəbi açıldı. Məktəb H.Z. Tağıyev tərəfindən
təşkil olunmuşdu.
1897 - Bakının ən iri
firmalarından biri "H. Z. Tağıyev" firması bir qrup ingilisə Q.
Qladstana, D. Kitona, C. Mira və başqalarına satıldı
1897 -
Balaxanı-Sabunçu polismeysterliyinin təsis edilməsi
1898 - Bakı neft
hasilatına görə ABŞ-ı ötdü
1898 - Quba bağçılıq
məktəbinin fəaliyyətə başlaması
1899 - Yelizavetpol
quberniyasında "Tovuz" tikinti materialları və sement istehsalı
səhmdar cəmiyyəti təsis olundu
1900 - Bakı-Dərbənd
dəmiryolu çəkilmişdir.
1900 - Bakıda
sosial-demokrat mərkəzinin yaradılması
1900 - Don Səhmdar
Torpaq Bankının Azərbaycanın ərazisində fəaliyyətə başladı.
1900, noyabr - Bakı
ilə Petrovsk arasında dəmir yolunun istismarı başlandı
1900-cü ilin əvvəli -
"Nobel qardaşları" şirkəti və Rotişildin "Mazut" cəmiyyəti
kartel müqaviləsi bağladı ("Nobmazut")
1900-cü il 1 may -
İmperator II Nikolay "Tiflis, Yelizavetpol, Bakı və İrəvan quberniyaları
dövlət kəndlilərinin torpaq təminatının mühüm əsasları"nı təsdiq etdi
1901 - Bakıda ilk
müsəlman qadın məktəbi "Tağıyevin qız məktəbi açıldı
1901-ci il -
RSDFP-nin Bakı komitəsinin yaradılması
1901-ci il - Bakıda
icraçı qrupunun təşəkkül tapması "Nina" mətbəəsinin fəaliyyətə
başlaması
1902-ci il - Tiflisdə
kənd sahibkarlarının qurultayı
1902-ci ilin yayı -
Minvod-Petrovski-Dərbənd xətti Bakı və Tiflis dəmiryol stansiyaları arasındakı
teleqraf xətti ilə birləşdirildi
1903-cü il - RSDFP
Bakı təşkilatında bolşeviklərə və menşeviklərə parçalanma
1903 - Bakı
bulvarının inşası. M. Nağıyevin Yeni Avropa mehmanxanasının tikilməsi
1903 - Tiflisdə
Qafqazda Azərbaycan türkcəsində yeganə qəzet "Şərqi-Rus çıxmağa başladı
1903-cü ilin yayı -
Bakıda eser təşkilatının yaradılması
1903-cü il -
Təzəkənd-Biləsuvar arasında yeni teleqraf xətti çəkildi
1903-cü ilin payızı -
Bakıda "spesifiklər" təşkilatının yaradılması
1904-cü il -
"Qafqaz kənd təsərrüfatı cəmiyyəti" tərəfındən Ağdaş və İrəvan
pambıqçılarının qurultayı keçirildi
1904-cü il oktyabr -
Sosial-demokratik "Hümmət" təşkilatının fəaliyyətə başlanması
1904-cü il - İlk
kredit idarəsi- "Qarşılıqlı kredit cəmiyyəti" açıldı
1904-cü il dekabr -
Bakı fəhlələrinin ümumi tətili, məşhur Konstitusiyasının (27 dekabr)
nizamlanması
1905-ci il fevral -
Gəncədə "Sosial-federalistlərin türk inqilabi komitəsi"nin yaradılması
1905-ci il 6-9 fevral
- Bakıda erməni-müsəlman toqquşmaları
1905-ci il 26 fevral
- Qafqazda canişinlik üsul idarəsinin bərpası
1905, 27 sentyabr -
Neft sənayeçilərinin Peterburq müşavirəsi
1905-ci ilin yayı -
Gəncədə "Qeyrət" qrupunun yaradılması
1905-ci il, avqust -
Nijni-Novqorada Ümumrusiya müsəlman ittifaqının (İttifaqi-müsliminin) I (təsis)
qurulutayının keçirilməsi
1905-ci il, dekabr -
Kadet partiyası Bakı şöbəsinin təşkili
1905-ci il,
avqust-sentyabr - "Difai" partiyasının meydana çıxması
1906-cı il, 28
oktyabr - Bakı qrado naçalnikliyinin yaradılması
1906-cı il, aprel -
Tiflisdə "Molla Nəsrəddin" jurnalının çapa başlaması
1907-ci il -
"Musa Nağıyevin neft sənayesi və ticarət cəmiyyəti" yarandı
1907 - Müsəlman
ruhani cəmiyyəti "Səadət”in fəaliyyətə başlaması
1908-ci il - Uluxanlı
və Culfa stansiyalarını birləşdirən dəmiryolu çəkilişinin başa çatdırılması
1909-cu il - S.
Peterburq beynəlxalq kommersiya bankı Balaxanı kəndində özünün ikinci şöbəsini
açdı
1910-cu il -
Yelizavetpol quberniyası kənd məktəbləri müəllimlərinin qurultayı
1911-ci il - Culfada
İran hesab-borc bankının şöbəsi yaradıldı
1911-ci il -
Bakı-Tiflis telefon xətti çəkilib başa çatdırıldı
1911, oktyabr - Bakı
"Müsəlman Demokratik Müsavat (Bərabərlik) Partiyasının əsasının qoyulması
1911-Bakı ilk qadın
qəzeti "İşıq" nəşr olunub
1912-ci il -
"Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl
sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanun IV
Dövlət duması tərəfindən təsdiq edildi
1912-ci il, 16 avqust
- Gəncə şəhərində Tiflis kommersiya bankının şöbəsi açıldı
1912-ci il, 20 dekabr
- Çar tərəfindən Stolıpin aqrar siyasətinin müəyyən məhdudluqla özündə əks
etdirən canişin layihəsi təsdiq edilib qüvvəyə mindi
1913-cü il -
Lənkəranda Rus-Asiya bankının şöbəsinə çevrilən komissionerliyi açıldı
1913-cü il - Astarada
İran hesablama borc agentliyinin şöbəsi açıldı
1913-cü il - Londonda
"Yeni Şibayev neft komissiyası" yaradıldı
1913-cü il -
"Xəzər gəmiçiliyi" yaradıldı
1913-cü il - Bakı ilə
Tiflis arasında birbaşa teleqraf əlaqəsi yaradıldı
1913-cü il, 7 iyul -
Çarın sərəncamı ilə "Dağıstanda və Zaqatala dairəsində kəndlilərin
bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi
haqqında" qanun qüvvəyə mindi
1914-1918 - M.
Nağıyevin vəsaiti ilə xəstəxana tikilmişdi
1914-cü - "M. Q.
Əlibəyovun məftil-kanat və başqa mexaniki istehsal səhmdar cəmiyyəti"
təşkil olundu
1914 - Gəncədə
Müəllimlər Seminariyası açılmışdır
1914-cü il - Bakı
tacir bankı yaradıldı
1914-cü il, 25 iyun -
Qarşılıqlı kənd təsərrüfatı kredit cəmiyyəti açıldı
1914-1918-ci illər -
I Cahan savaşı
1915, 15 iyun - Bakı
HSK-nın yaradılması
1916 - Bakı
Müəllimlər Seminariyasının fəaliyyətə başlaması
1916 - "Müsəlman
dram cəmiyyəti yaradıldı
1917, 3 mart -
Yelizavetpolda Türk Ədəmi-Mərkəziyyət Partiyasının təşkili
1917, 3 mart - Cənubi
Qafqazda mülki hakimiyyət yeni yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinə-OZAKOM
-a verildi
1917, 15-20 aprel -
Bakıda Qafqaz müsəlmanları qurultayı keçirilməsi
1917, 1-8 may -
Zaqafqaziya Komissarlığının təşkili
1918, yanvar -
Yelizavetpol qəzasında azərbaycanlıların soyqırımı
1918, 23 fevral -
Zaqafqaziya seyminin açılması. Zaqafqaziya hökumətinin təşkili
1918, mart-aprel -
Bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlıların soyqırımı
1918, 27 may -
Azərbaycan Milli Şurasının təşkili. Azərbaycanın Müstəqilliyi Aktının qəbulu
1918, 28 may -
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi
1918, 28 may -
Azərbaycanın İstiqlaliyyəti haqqında Aktın (Əqdnamə) qəbul edilməsi
1918, 4 iyun -
Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsinin
imzalanması
1918, 16 iyun -
Azərbaycan Cümhuriyyəti Milli Şurasının və Hökumətinin Tiflisdən Gəncəyə
köçürülməsi
1918, 26 iyun -
Azərbaycan Milli Ordusunun yaradılması
1918, 26 iyun -
Azərbaycan (türk) dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan edilməsi
1918, 31 iyul - Bakı
Xalq Komissarları Şurasının süqutu
1918, 4 avqust- İlk
ingilis qoşun dəstəsinin Bakıya gəlməsi
1918, 17 sentyabr –
Azərbaycan hökumətinin Bakıda fəaliyyətə başlaması
1918, 9 noyabr -
Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi
1918, 7 dekabr -
Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı
1918, 26 dekabr -
Gürcüstan və Azərbaycan arasında tranzit müqaviləsinin imzalanması
1919, 15 yanvar -
Qarabağ general-qubernatorluğunun yaradılması
1919, 15 yanvar -
Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının təşkili
1919, 5 aprel - Hərbi
Nazirliyin Bakıya köçürülməsi
1919, iyun - Ərazi
bütövlüyünü birgə qorumaq haqqında Azərbaycan Gürcüstan Hərbi Müdafiə Aktının
imzalanması
1919, 11 avqust -
Cümhuriyyət Parlamentinin Azərbaycan vətəndaşlığı haqqında qanunu qəbul etməsi
1919, 24 avqust -
İngilislərin Bakını tərk etməsi
1919, 28 avqust -
Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanunun qəbul edilməsi
1919, 23 noyabr -
Tiflisdə Azərbaycan və Ermənistan tərəfdarları arasında baş verən bütün
münaqişələrə son qoyulmasını və sərhəd məsələsinin sülh yolu ilə həll
edilməsini nəzərdə tutan müqavilənin imzalanması
1920, 11 yanvar -
Paris Sülh Konfransında Antanta Ali Şurasının Azərbaycanın müstəqilliyini
de-fakto tanıması
1920, 11-12 fevral -
Bakıda fəhlə klubu binasında Azərbaycan kommunistlərinin I qurultayı.
1920, 24 aprel - RK
(b)P Qafqaz Ölkə Komitəsi, AK(b)P MK və BK partiya təşkilatlarını hərbi
vəziyyətdə elan edirlər.
1920, 20 mart -
Azərbaycan-İran müqaviləsinin bağlanması. Bu müqaviləyə əsasən Azərbaycanın
İran tərəfindən de-yure tanınması
1920, 23 mart -
Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsinin imzalanması
1920, 27-28 aprel -
XI Qızıl Ordunun hissələri rəsmi elan etmədən Azərbaycanın şimal sərhədlərini
keçdilər, həmin gün axşam saat 11 -də Parlamentə ultimatum təqdim edildi,
hakimiyyətin Azərbaycan kommunistlərinə verilməsi haqqında qərar imzalandı, 28
apreldə XI Qızıl Ordunun zirehli qatarları Bakını işğal etdi.
1920, 28 aprel -
Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin iclasında Azərbaycan SSR Xalq
Komissarları Sovetinin birinci heyəti təşkil edildi.
1920, 28 aprel -
mayın əvvəlləri - Qəza inqilab komitələrinin təşkili.
1920, 30 aprel -
Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan K (b)P MK-nın orqanı
"Kommunist" qəzetinin ilk sayının çap edilməsi.
1920, 30 aprel - XI
Qızıl Ordu hissələrinin Şamaxı və Salyanı işğal etməsi.
1920, 3,4 may - XI
Qızıl Ordu hissələrinin Lənkəranı və Astaranı işğal etməsi.
1920, 5 may -
Azərbaycan İnqilab Komitəsinin xanların, bəylərin, mülkədarların, həmçinin
monastırların, kilsələrin, məscidlərin bütün torpaqlarının, vəqf yerlərinin
müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verməsi.
1920, 7 may -
Azərbaycan İnqilab Komitəsinin Azərbaycan SSR-in Qızıl Ordu və Qızıl
Donanmasının təşkili haqqında dekret verməsi.
1920, 11 may - XI
Qızıl Ordu hissələrinin Zaqatalaya soxulması.
1920, 12 may -
Azərbaycan İnqilab Komitəsinin xalq məhkəmələrinin təşkili haqqında dekreti.
1920, 12 may -
Azərbaycan Daxili İşlər Komissarlığının Azərbaycanda hər cür zümrə, təbəqə və
vətəndaş rütbələrinin, mənsəblərinin ləğvi haqqında dekreti.
1920, 12 may - XI
Qızıl Ordu hissələrinin Şuşanı işğal etməsi.
1920, 16 may - N.
Nərimanovun Moskvadan Bakıya gəlməsi.
1920, 24 may -
Azərbaycan İnqilab Komitəsinin neft sənayesinin milliləşdirilməsi haqqında
dekreti.
1920, 25-31 may -
Gəncədə sovet hakimiyyəti əleyhinə üsyan.
1920, 27 may -
Azərbaycan Fəhlə-Kəndli Müdafiə Şurasının təşkili.
1920, iyun - teatrların
milliləşdirilməsi haqqında dekret. Azərbaycan Dövlət Teatrıının yaradılması
1920, 5-15 iyun -
Nuru paşa və polkovnik Zeynalovun başçılığı ilə Şuşada sovet hakimiyyəti
əleyhinə üsyan.
1920, 6 iyun -
Azərbaycan İnqilab Komitəsinin Xəzər ticarət donanmasının milliləşdirilməsi
haqqında dekreti.
1920, 9-20 iyun -
Zaqatalada sovet hakimiyyəti əleyhinə üsyan.
1920, 11 iyun -
Azərbaycan İnqilab Komitəsinin bankların milliləşdirilməsi haqqında dekreti.
1920, 19 iyun -
Fətəli Xan Xoyskinin muzdlu erməni qatilinin əli ilə Tiflisdə qətlə yetirilməsi.
1920, 16-19 iyul -
Azərbaycan Kommunist Gənclər İttifaqının birinci qurultayı.
1920, 28 iyul - XI
Qızıl Ordunun birinci Qafqaz polku Naxçıvana daxil oldu və sovet hakimiyyəti
elan edildi.
1920, 1-7 sentyabr -
Bakıda Şərq xalqlarının birinci qurultayı.
1920, 20 sentyabr -
Təbrizdə ingilis imperalistləri və şah istibdadı əleyhinə 1920-ci il aprelin
7-də M. Xiyabaninin rəhbərliyi altında başlanmış üsyanın yatırılması. M.
Xiyabaninin qətli.
1920, 23 sentyabr -
Azərbaycan İnqilab Komitəsinin kənd yoxsul komitələrinin təşkili haqqında
dekreti.
1920, 30 sentyabr -
Moskvada RSFSR ilə Azərbaycan SSR arasında hərbi iqtisadi ittifaq haqqında
müqavilə bağlanması.
1920, 1-10 noyabr
1920-ci ilin yayında - XI Qızıl Ordunun xüsusi şöbəsi tərəfindən həbs edilmiş
M. Ə. Rəsulzadənin İ. V. Stalinin göstərişi ilə həbsdən azad edilməsi və
İ.V.Stalinlə bir qatarda Bakıdan Moskvaya aparılması.
1920, 15 dekabr -
Azərbaycan İnqilab Komitəsinin "Vahid dövlət arxiv fondunun təşkili və
Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması
haqqında" dekreti.
1921, yanvar - Bakıda
Azərbaycan Politexnik İnstitutunun açılması.
1921, yanvar -
Azərbaycan Dövlət Arxivinin fəaliyyətə başlaması.
1921, 11-18 fevral -
Azərbaycan Kommunist (b) Partiyasının III qurultayı.
1921, 16 mart - RSFSR
və Türkiyə Respublikası arasında dostluq müqaviləsinin imzalanması.
1921, 19 may - I
Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR Konstitusiyasının qəbul
edilməsi.
1921, iyul -
Azərbaycan SSR XKS-nin Bakıda birinci kişi pedaqoji institutunun yaradılması
haqqında dekreti.
1921, 26 avqust -
Azərbaycan SSR XKS-nin Konservatoriyanın təşkili haqqında dekreti.
1921, sentyabr -
Azərb. K(b)P MK və Azərb. SSR XKS-nin Azneftkomun müstəqil Azərneft trestinə
çevrilməsi haqqında qərar qəbul etməsi.
1921, 13 oktyabr -
Qars şəhərində RSFSR-in iştirakı ilə Azərbaycan, Ermənistan və Gürcüstan Sovet
Sosialist Respublikaları ilə Türkiyə arasında müqavilə imzalanması.
1921, noyabr - Bakıda
Ali qadın pedaqoji institutunun açılması.
1922, 17 yanvar -
Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılış gecəsi.
1922, 25 yanvar -
Naxçıvan MSSR-in I Sovetlər qurultayının açılması.
1922, 27 yanvar -
Azərbaycan Kommunist (b) Partiyasının IV qurultayı.
1922, 12 mart -
Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqının (ZSSRFİ)
təşkili.
1922, 28 aprel - 3
may - II Ümumazərbaycan Sovetlər qurultayı.
1922, 20 oktyabr -
Azərbaycan SSR MİK-nın latın əlifbasının əski əlifba ilə bərabər hüquqa malik
olması haqqında dekreti.
1922, 2 noyabr - C.
Məmmədquluzadənin redaktorluğu ilə nəşrini davam etdirən "Molla
Nəsrəddin" satirik jurnalının Bakıda buraxılan ilk sayı çapdan çıxmışdır.
1922, 7 noyabr -
Bakıda böyük satirik M. Ə. Sabirin abidəsinin təntənəli açılışı.
1922, 13 dekabr - I
Zaqafqaziya Sovetlər qurultayında ZSFSR Konstitusiyasının qəbulu, Zaqafqaziya
Sovet Sosialist Federativ İttifaqının Zaqafqaziya Sovet Federativ Sosialist
Respublikası şəklində yenidən təşkil edilməsi.
1922, 30 dekabr – SSRİ
I Sovetlər qurultayı. Sovet Sosialist Respublikaları İttifaqının təşkili.
1923, 12-15 mart - AK
(b)P V qurultayı.
1924, 18 mart -
Azərbaycan XKS və MİK-nın "Azərbaycan SSR əhalisi içərisində savadsızlığın
ləğvi haqqında" qərarı.
1923, aprel -
"İliç buxtası" neft mədəninin əsasının qoyulması.
1923, 23 may -
Azərbaycan Mərkəzi Dövlət kitabxanasının təntənəli açılışı.
1923, iyun -
Azərbaycan Arxeologiya Komitəsi təşkil olundu.
1923, 7 iyul - Dağlıq
Qarabağ Muxtar Vilayətinin təşkili.
1923, 20 oktyabr -
Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması
haqqında" dekret qəbul etdi.
1923, 2 noyabr -
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin əsasının qoyulması.
1923, noyabr -
"Şərq qadını" (indiki “Azərbaycan qadını") adlı ədəbi, ictimai,
siyasi jurnalın nəşrə başlaması.
1924, 3 fevral -
Bakıda tramvay nəqliyyatının işə salınması.
1924, 9 fevral -
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (Nax. MSSR) təşkil edilməsi.
1924 mart - Xalq
Maarif Komissarlığı "Qədim abidələrin qeydə alınması və onların
mühafizəsi" haqqında qərar qəbul etdi.
1924, 5-9 may - AK
(b)P VI qurultayı.
1924, 17 iyul -
"Rədd olsun savadsızlıq" cəmiyyəti şöbəsinin Azərbaycanda təşkili.
1924, 6 oktyabr -
Azərbaycan kənd təsərrüfatı kooperasiyası ittifaqının -
"Göybirliyi"nin təşkili.
1925, 10-16 mart - IV
Azərbaycan Sovetlər qurultayı.
1925,19 mart - N.
Nərimanovun Moskvada vəfatı.
1926, 3 fevral -
Azərbaycan SSR-in sənayeləşdirilməsi üzrə komissiya yaradılması.
1926, 25 fevral 5
mart - Bakıda I Ümumittifaq türkoloji qurultayı.
1926, 6 iyul - Bakını
Balaxanı - Sabunçu rayonu ilə birləşdirən, SSRİ - də birinci elektrik dəmir
yolunun təntənəli açılışı.
1926, iyul - Tiflisdə
Azərbaycan dilində "Dan ulduzu" adlı aylıq ədəbi-ictimai jurnalının
1-ci sayı çapdan çıxmışdı.
1926, 6 noyabr -
Efırdə ilk dəfə "Danışır Bakı" sözlərinin səslənməsi - Azərbaycanda
müntəzəm radio verlişlərinə başlanması.
1927, 18 mart - V
Ümumazərbaycan Sovetlər qurultayı.
1927, may - Yeni türk
əlifbasının Ümumittifaq mərkəzi komitəsi təsis edilmişdi.
1927, 12-18 noyabr -
AK (b)P VIII qurultayı.
1928, 13-16 yanvar -
Azərbaycan proletar yazıçılarının I qurultayı. Azərbaycan proletar yazıçıları
Assosasiyasının yaranması.
1928, 22 iyul -
Azərbaycan SSR MİK və Azərbaycan SSR XKS-nin məcburi qaydada yeni - latın
qrafıkalı əlifbaya keçilməsi haqqında qərarı.
1928, dekabr - Bakıda
Azərbaycan aşıqlarının I qurultayı.
1929, 1 yanvar -
Azərbaycanda latın əlifbasına keçilməsi.
1929, 6-14 mart - AK
(b)P IX qurultayı.
1929, may -
Azərbaycan Politexnik institutu kənd təsərrüfatı fakultəsinin Azərbaycan kənd
təsərrüfatı İnstitutuna (AKTİ) çevrilməsi.
1929, 22 oktyabr -
Azərbaycan MİK yanında Azərbaycan Elmi - Tədqiqat İnstitutunun (Az. DETİ)
açılması.
1930, fevral -
Uzunluğu 822 km olan Bakı-Batum neft kəməri istifadəyə verildi.
1930, 10 mart - Bakı
Sənaye Akademiyası fəaliyyətə başlayır.
1930, mart - Bərdə və
Qasım İsmayılov rayonlarında respublikada birinci MTS-in təşkili.
1930, 31 may - 4 iyun
- AK(b) P X qurultayı.
1930, iyun -
Azərbaycan Tibb İnstitutunun yaradılması.
1930, 28 avqust - AK
(b) P MK bürosunun "Azərb. SSR-də ümumi icbari təhsilə keçilməsi
haqqında" qərarı.
1931, 19-25 yanvar -
AK (b) P XI qurultayı.
1931, 8-16 fevral VII
- Ümumazərbaycan Sovetlər qurultayı.
1931, 31 mart -
Azərbaycan neft sənayesinin birinci beşillik planını iki il yarıma yerinə
yetirməsi münasibətilə Azərneftin 54 nəfər işçisinin Lenin ordeni ilə təltif
edilməsi.
1932, 19-25 yanvar -
AK (b) P XI qurultayı.
1932, sentyabr - SSRİ
Elmlər akademiyası Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (EA ZFAB)
yaradılması.
1933, 10 dekabr -
Bağırov Mir Cəfər Abbas oğlu AK (b) P MK - nin birinci katibi seçilir.
1934, 11-14 yanvar -
AK (b) P XII qurultayı.
1934, 13-17 iyun -
Azərbaycan sovet yazıçılarının I qurultayı.
1934, noyabr -
Azərbaycan Dövlət Universitetinin bərpa edilməsi.
1935, 11-17 yanvar -
VIII Ümumazərbaycan Sovetlər qurultayı.
1935, oktyabr - SSRİ
EA Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (Az.OZFAN) SSRİ EA
Azərbaycan Filialına (Az.FAN) çevrilməsi.
1937, 14 mart -
Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-in yeni
Konstitusiyasının qəbulu.
1937, 3-9 iyun - AK
(b) P XIII qurultayı.
1937, 17 sentyabr -
Naxçıvan MSSR-in yeni Konstitusiyasının qəbulu.
1938, 11-14 mart -
Azərbaycan aşıqlarının II qurultayı.
1938, 5-14 aprel -
Moskvada Azərbaycan incəsənətinin birinci dekadası.
1938, 7-14 iyun - AK
(b) P XIV qurultayı.
1939, 25 fevral - AK
(b) P XV qurultayı.
1939 2 sentyabr - İkinci
Dünya müharibəsinin başlanması.
1940, 1 yanvar -
Azərbaycan yazısının rus qrafikası əsasında yeni əlifbaya keçilməsi.
1940, 12-16 mart - K
(b) P XVI qurultayı.
1940, 6 may -
Samur-Dəvəçi kanalının 1 növbəsinin açılışı.
1940, 15-28 may -
Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyü.
1940, 23-25 oktyabr -
Azərbaycan Rəssamlar İttifaqının birinci təsis qurultayı.
1941, 22 iyun -
Faşist Almaniyasının SSR-yə hücumu.
1941, 28 iyun -
Azərbaycan SSR-də bütün işin müharibənin tələblərinə uyğun qurulması.
1941, avqust - 402-ci
Azərbaycan milli diviziyanın yaradılması.
1941 avqust - SSRİ və
Böyük Britaniya qoşunlarının İrana (Cənubi Azərbaycana) müdaxiləsi.
1941, oktyabr -
223-cü Azərbaycan milli diviziyanın yaradılması.
1941, dekabr -
İsrafıl Məmmədovun Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi.
1941-1945 - Cənubi
Azərbaycanda milli demokratik hərəkatının birinci mərhələsi.
1942, fevral-mart -
416-cı Azərbaycan milli diviziyanın yaradılması.
1942, may - 77
Azərbaycan milli diviziyanın yenidən komplektləşdirilməsi.
1942, avqust-sentyabr
- 271-ci Azərbaycan milli diviziyanın yaradılması.
1942, 9 sentyabr -
Azərbaycan SSR-də hərbi vəziyyət elan edilməsi.
1943-cü ilin payızı -
Berlində mühacir Azərbaycan Parlamenti və hökumətinin seçilməsi.
1945, 23 yanvar -
Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması.
1945, 9 May - Faşist
Almaniyası üzərində qələbə.
1945, 2 sentyabr -
Yaponiya üzərində qələbə.
1945-1954 -
Mingəçevir SES-nin tikilib istifadəyə verilməsi.
1946 iyun - Təbriz
Universitetinin açılması.
1946 dekabr - Cənubi
Azərbaycanda milli-demokratik hərəkatın süqutu.
1947 23 dekabr - 10
mart - SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-dən azərbaycanlıların deportasiya
edilməsi haqqında qərarları.
1948 - Xəzər
dənizində dünyada ilk olaraq neft-mədən estakadasının qurulması.
1948, iyun - Bakıda
Xarici Dillər İnstitutunun yaradılması
1948, 11 noyabr -
Mingəçevir şəhərinin salınması
1949 - Azərbaycan
SSR-də icbari yeddilik təhsilə keçilməsi.
1955 - M.
Rəsulzadənin Ankarada vəfatı.
1959 - Azərbaycan
SSR-də icbari səkkizillik təhsilə keçilir.
1962 -
Bakı-Krasnovodsk gəmi-bərə yolunun istifadəyə verilməsi.
1966 - İcbari on
illik təhsilə keçilməsi.
1967 - Bakı
metropoliteninin 6 stansiyasının işə salınması.
1969, iyul - H. Ə.
Əliyevin Azərbaycan KP MK Birinci katibi seçilməsi. Sov.İKP MK Siyasi Bürosunun
üzvlüyünə namizəd seçilməsi.
1978, aprel -
Azərbaycan SSR yeni Konstitusiyasının qəbul edilməsi.
1982 - H. Ə. Əliyevin
Sov. İKP MK Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Sovetinin Birinci
müavini təyin edilməsi.
1983 - Bakı-Qroznı
neft kəmərinin istifadəyə verilməsi.
1987 - H. Ə. Əliyevin
Moskvada öz vəzifəsindən istefa verməsi.
1988, 17 noyabr -
Azərbaycanda milli-azadlıq hərəkatının başlanması.
1988, dekabr - Qərbi
Azərbaycan torpaqlarından (Ermənistan SSR-dən) azərbaycanlıların kütləvi
deportasiyasının başa çatdırılması.
1989, 30 dekabr -
Gəncə şəhərinin tarixi adının bərpa edilməsi.
1990, 20 yanvar -
Bakıda Sovet ordusunun qanlı qırğın törətməsi.
1990, 19 may -
Respublikada "Prezident" institutunun təsisi
1991, 5 fevral -
Azərb. SSR-nin adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması.
1991, 3 sentyabr - H.
Ə. Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi.
1991, sentyabr -
Qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaranması.
1991, 18 oktyabr -
Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının
qəbul edilməsi.
1991, 26 noyabr -
DQMV statusunun ləğv edilməsi.
1991, 26 noyabr -
Milli Şuranın yaradılması.
1992 ,25-26 fevral -
Xocalı faciəsi.
1992, 17-18 may -
Laçının düşmən əlinə keçməsi.
1992, 7 iyun -
AXC-nin sədri Əbülfəz Əliyevin (Elçibəyin) Respublika Prezidenti seçilməsi.
1992, oktyabr -
Azadlığı müdafiə aktına 907 saylı əlavənin qəbul edilməsi
1992, 21 noyabr -
Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) yaranması
1993, 3-6 aprel -
Kəlbəcərin işğalı
1993, 4 iyun - Gəncə
qiyamı
1993, 9 iyun - H.
Əliyevin Bakıya gəlməsi
1993, 15 iyun - H.
Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi-
"Qurtuluş" günü
1993, 23 iyul -
Ağdamın işğalı
1993, 18 avqust -
Cəbrayılın işğalı
1993, 21-23 avqust -
Cənub bölgəsində qiyamın yatırılması
1993, 23 avqust -
Fizulinin işğalı
1993, 31 avqust -
Qubadlının işğalı
1993, 24 sentyabr -
Azərbaycanın MDB-yə daxil olması
1993, 3 oktyabr - H.
Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
1993, 30 oktyabr -
Zəngilanın işğalı
1993, 2 noyabr -
Prezident H. Əliyevin xalqa müraciəti
1994, 20 sentyabr -
"Əsrin müqaviləsi"nin imzalanması
1994, oktyabr -
Dövlət çevrilişinə cəhd
1995, mart - Dövlət
çevrilişinə cəhd
1995, 12 noyabr -
Azərbaycan Respublikası Konstitusiyasının Ümumxalq referendumu yolu ilə qəbul
edilməsi və ilk demokratik parlament seçkilərinin keçirilməsi
1996, dekabr -
ATƏT-in Lissabon zirvə toplantısı
1998, sentyabr -
Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Bakı Konfransı
1998, 11 oktyabr - H.
Əliyevin ikinci dəfə Respublika Prezidenti seçilməsi
1998, 1 dekabr -
Azərbaycan Respublikası Prezidenti H. Əliyevin sərəncamı ilə Milli
Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılmışdır.
1999, noyabr -
ATƏT-in İstanbul sammiti
1999, 12 dekabr -
Azərbaycanda ilk bələdiyyə seçkiləri
2000, 7 sentyabr - H.
Əliyevin minilliyin sammitində çıxışı
2000, 5 noyabr -
Respublikada Milli Məclisə növbəti seçkilər
2000, 9 noyabr -
Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edildi
2001, mart -
"Azərbaycan Atatürk Mərkəzinin yaradılması
2001, 26-27 aprel -
İstanbulda türkdilli ölkə başçılarının VII zirvə toplantısı
2001, 9-10 noyabr -
Bakıda Dünya Azərbaycanlılarının I qurultayı
2002, 28 yanvar - ABŞ
prezidentinin Azərbaycana dövlət səviyyəsində hər cür, o cümlədən humanitar
yardım göstərilməsinə şərti məhdudiyyətlər qoyan 907-ci əlavəni müvəqqəti
olaraq dayandırması
2002, 2 may - Bakı
İdman-Konsert Kompleksində sərbəst güləş üzrə 45-ci Avropa çempionatının açılışı
2002, 22-23 may -
Vatikan dövlətinin başçısı, Roma papası II İohanın Azərbaycan Respublikasına
səfəri
2002, 9 iyun -
Sankt-Peterburqda Nizami Gəncəvinin heykəlinin açılışı
2002, 7 avqust -
Azərbaycan MEA Naxçıvan şöbəsinin yaradılması
2002, 18 sentyabr -
Səngəçalda Bakı-Ceyhan əsas ixrac neft-boru kəmərinin təməlinin qoyulması
2002, 30 sentyabr -
"Azərbaycan Respublikasında Dövlət dili haqqında qanunun qəbul edilməsi
2002, 18 noyabr -
Azərbaycan Respublikasının NATO-nun Parlament Assambleyasına assosiativ üzvlüyə
qəbul edilməsi
2003, 27 yanvar -
İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini və
büro üzvü seçilməsi
2003, 2 avqust -
İlham Əliyevin Azərbaycan Respublikasının Baş Naziri seçilməsi
2003, 15 oktyabr -
Azərbaycan Respublikası Prezidentliyinə alternativ əsasda keçirilən seçkilərdə
İlham Əliyevin qələbəsi
2003, 24 noyabr -
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi tədbirləri haqqında fərmanı
2003, 12 dekabr -
Azərbaycan Respublikasının sabiq prezidenti, Ümummilli lider Heydər Əliyevin
ABŞ-ın Klivlend klinikasında vəfatı
2004, 11 fevral -
Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında fərmanı
2004, oktyabr -
Prezident İlham Əliyevin II Ümumrusiya azərbaycanlılarının II Konqresində
iştirakı
2004, noyabr -
Təbrizdə Azərbaycan konsulluğunun açılması
2004, dekabr -
Azərbaycanda bələdiyyə seçkiləri
2005, 24-26 yanvar -
Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri
2005, 6
noyabr-Azərbaycan Respublikasının Milli Məclisinə 3 çağırış seçkilər
2005, 10 mart-
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara
kəmər” əməliyyatı.
2005, 26 mart -
YAP-ın III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin
birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri
seçilmişdir
2005, 25 may-
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsi işə salınıb.
2005, 25 avqust -
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cərəncamı ilə
Azərbaycan Turizm İnstitutu yaradılmışdır.
2005, 16 dekabr
Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin cərəncamı ilə Fövqəladə Hallar
Nazirliyi yaradılmışdır.
2005, 16 dekabr -
Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin cərəncamı ilə Dövlət Xüsusi
Maşınqayırma və Konversiya Komitəsinin bazasında Мüdаfiə Sənаyеsi Nаzirliyi
yaradılmışdır.
2005, 20 dekabr -
Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik
Nazirliyinin Akademiyasına Heydər Əliyevin adı verilmişdir
2006, 30 yanvar -
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə həmin vaxta
qədər fəaliyyət göst ərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan
Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi
yaradılmışdır.
2006, 30 yanvar -
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan
Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
2006, 31 mart -
Sumqayıt şəhərində «Azərbaycan Cekli İcması» İctimai Birliyi (ACİİB) təsis
edilmişdir.
2006, 22 may - Cənubi
Azərbaycanın böyük şəhərlərində türk millətinə sataşan məqalənin yazılmasına
qarşı etiraz aksiyası
2007, 1 fevral -
Cənubi Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı -
UNPO-nun üzvlüyünə qəbul olunub.
2007, 8-9 mart
–Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu
keçirilmiş və Bakı bəyannaməsi qəbul edilmişdir.
2007, 12 iyun-
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası yaradılmışdır
2008, yanvar -
Azərbaycanda sahibkarlıq subyektlərinin üçün “vahid pəncərə” mexanizmi tətbiq
olunmağa başlamışdır.
2008, 7 aprel
-Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı əlavə
tədbirlər barədə sərəncam imzalamışdır.
2008, may –
Azərbaycan ilk dəfə Avroviziya Mahnı Müsabiqəsına qatılmışdır.
2008, 2 iyun -
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır.
2008, 15 oktyabr-
Azərbaycan Respublikası prezidenti seçkiləri keçirilmiş və prezident İlham
Əliyev yenidən qalib gələrək ikinci müddətə prezident səlahiyyətlərinin
icrasına başlamışdır.
2009, 18 mart -
“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Referendumu keçirilmişdir.
2009, 30 aprel-
Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi
2009, 23 dekabr--
Azərbaycanda bələdiyyə seçkiləri
2009, 20
dekabr-Azadlıq prospekti metrostansiyası istifadəyə verilmişdir.
2010, 15 yanvar-saat
5.10 dəqiqədə Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib
2010, 20 yanvar-
Bakıda 20 Yanvar abidə-kompleksinin açılışı olmuşdur.
2010, 7 noyabr-
Azərbaycan Respublikasının Milli Məclisinə 4-cü çağırış seçkilər
2010, 14 iyul-
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “2009-cu il 18 mart tarixli
referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Referendum Aktının tətbiqi ilə bağlı fərman imzalamışdır.
2011, 14 fevral -
saat 21:00-da Azərbaycanın yeni televiziya kanalı olan "Mədəniyyət"
kanalı işə başlamışdır.
2011, 21 yanvar-
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Dünya Azərbaycanlılarının
III Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır.
2011, 27
yanvar-Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın geniş
iclası keçirilmiş və Azərbaycanda antikorrupsiya kampaniyasına
başlanılmışdır.
2011, 14 may-
56-cı Avroviziya Mahnı Müsabiqəsində müsabiqədə dördüncü dəfə iştirak edən
Azərbaycan Respublikası Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi
“Running Scared” mahnısı ilə birinci yeri tutmuşdur.
2011, 5-6 iyul-
Bakıda "Dünya Azərbaycanlılarının III Qurultayı keçirilmişdir.
2011, 20 iyul-
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan
Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər
Planı”nın təsdiq olunması haqqında sərəncam imzalamışdır.
2011, 8 sentyabr - Azərbaycan
Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin 2020-ci ilin Yay
Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı
tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə
sərəncam imzalamışdır.
2011, 23-24 sentyabr
- Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının
(AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirləri keçirilmişdir.
2011, 25 sentyabr -
Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya
çempionatının təntənəli açılış mərasimi keçirilmişdir.
2011, 3 oktyabr -
Bakının mərkəzində yerləşən “Hilton Bakı” otel kompleksinin açılış mərasimi
olmuşdur.
2011, 12 oktyabr -
Azərbaycan-Avstriya biznes forumu keçirilmişdir.
2011, 25
oktyabr - Azərbaycan tarixində ilk dəfə 155 ölkənin səsini qazanaraq
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv
seçilmişdir.
2011, 11 noyabr -
Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir
2011,17 noyabr -
Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimi təşkil olunmuşdur
2011, 24 dekabr -
Yeni salınacaq “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimi olmuşdur.
2011, 28 dekabr -
Bakının Bilgəh qəsəbəsində beşulduzlu “Jumeirah Bilgah Beach Hotel”
kompleksinin açılışı olmuşdur
2011, 29 dekabr -
Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə əlaqədar olaraq
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur
2011, 30 dekabr –
Bakı Metropoliteninin “Koroğlu” (keçmiş “Məşədi Əzizbəyov”) stansiyasının
yenidənqurmadan sonra açılışı olmuşdur.
2012, 1 yanvar -
BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunan Azərbaycan
səlahiyyətlərinin icrasına başlamışdır.
2012, 02-04 aprel -
Avronest Parlament Assambleyasının sessiyası Bakıda təşkil olunmuşdur
2012, 3 may – ay
ərzində BMT-yə sədrliyin Azərbaycana keçməsi
2012, 7 may – 25000
nəfərlik tamaşaçı yeri olan “Baku Crystal Hall”un açılışı olmuşdur.
2012, 9-13 may –
Azərbaycanda ilk beynəlxalq velosiped turu keçirilmişdir.
2012, 10 may -
Heydər Əliyev mərkəzinin açılışı
2012, 26 may – Bakı
şəhərində “Avroviziya” müsabiqəsinin finalı keçirilmişdir.
2012, 30 may -
Naxçıvan Muxtar Respublikasında investisiya qoyuluşuna görə ən böyük layihələrdən
biri sayılan Naxçıvan sement zavodu istifadəyə verilmişdir.
2012, 06 iyun -
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycana rəsmi
səfər etmişdir
Hiç yorum yok:
Yorum Gönder