TƏDBİRLƏRİMİZ

             18 may Beynəlxalq Muzeylər Günü Yaloba kənd Tarix  - Diyarşünaslıq Muzeyində də böyük bir tədbir ilə qeyd edildi. Tədbirdə Kosalar, Yaloba, Başkənd tam orta məktəblərinin müəllim və şagird kollektivləri və kənd sakinləri iştirak etdi. Muzeyin dirketoru Məmmədov Tofiq Azərbaycandakı muzeylərin tarixindən və Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə o cümlədən muzey evlərinə göstərdiyi qayğıdan bəhs etdi. Tədbirin sonunda qonaqlar muzeyin eksponantları ilə yaxından tanış oldular.






               Yaloba kənd Tarix - Diyarşünaslıq Muzeyində  ardıcıl olaraq 9 may tarixində  Qələbə günü , Kosalar kəndininin işğalı günü, 10 may tarixində isə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 - ci ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir.





           2014 - cü il 8 may tarxində Şuşa şəhərinin işğalının 22 - ci il dönümü ilə əlaqədar olaraq Yaloba kənd tarix - Diyarşünaslıq Muzeyində "Şuşa alınmaz qala idi" mövzusunda  ümumi tədbir keçirilmişdir. Tədbirdə Kosalar, Yaloba və Başkənd tam orta məktəblərinin  müəllim və şagirdləri iştirak etdilər. Muzeyin diroktoru  Məmmədov Tofiq Şahlar oğlu tədbirə rəhbərlik etdi. Müəllimlər fikirlərini bildirdilər. Şagirdlər Qarabağ mövzusunda bədii kompozisiya şəklində çıxış etdilər. 















                

Hiç yorum yok:

Yorum Gönder

Blogger Widgets