Coğrafi mövqeyi və təbii şəraiti. Kənd
Qarabağda, Xankəndindən 10 km
Qərbdə, Şuşadan şimal-qərbdə, Xocalıdan
cənub-qərbdə, dağlıq ərazidə yerləşir. Kənd yal üstündə salınmışdı. Sağ və solu
sıldırım dərələrdən ibarət idi. Başkənd kəndi ilə onu bir dərə ayırırdı. Ən
qədim və böyük qəbristanlıq da bu kəndin yuxarı hissəsində yerləşirdi. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin
sahələri ilə az təmin olunmuşdur. Daha çox meyvəçilik üçün əlverişli idi. Geniş
meyvə bağları mövcud idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik
xusüsiyyətlərindəndir. Həmçinin meşələri və ətraf dağları zəngin flora və
faunaya malik idi. Zəngin çəmənlərə
malik olması burada heyvandarlığın inkşafına müsbət təsir göstərirdi.
İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6 ay
çəkirdi.
Bütün tarixi faktlar Yaloba ərazisinin
qədim yaşayış məskəni olduğunu sübut edir. Bunu qədim qəbir abidələri,
müxtəlif tapıntılar, tikili qalıqları bir daha sübut edir.
Yaloba adının etimalogiyası da maraq doğuran məsələdir. Əslində bu adın
mənası aydındır: “Yal”-təpə, yüksəklik; “Oba”- el, oymaq mənasındadır.
Müasir tarix (erməni təcavüzü). Düşmənlərimiz yurdumuza göz dikdikləri gündən Yaloba kəndində də
sakinlər könüllü özünümüdafiə dəstələri yaratdılar. Münaqişə başlayan ilk
vaxtdan Qarabağın bütün ərazilərində olduğu kimi Yaloba kəndində də əhalinin
əlində olan ov silahları yığılmışdı. Buna baxmayaraq özünümüdafiə dəstələri
ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək
kəndin müdafiəsini təşkil etdilər.
Şuşanın işğalı ilə əhalinin son ümid çırağı da söndü. Çünki kənd
müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi.
Bundan daha əvvəl Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin
mühasirəyə düşməsinə gətirib çıxartdı. Dinc əhalini çıxarmaq ümidi ilə Kosalar,
Cavadlar, Başkənd, Yaloba, Canhəsən, Qaragav döyüşçüləri Laçın istiqamətində
geri çəkilmayə hazırlaşdılar. Artıq ermənilər bu istiqamətdə də hərbi texnika
çıxardı. Əsas yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Əhali apara
bilmədiyi texnikaya və daşınılmaz
əmlaka (düşmənə qalmasın deyə) od
vuraraq dağlıq ərazilərlə çıxmağa məcbur oldu.
Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan qədim qəbir abidələri əsas tarixi abidələr
sayıla bilər. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti
qalıqları mövcud idi.
Bundan əlavə təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı.
Əhalisi (sayı, milli tərkibi). Yaloba kəndində 77 ailə, 302 nəfər
əhali yaşayırdı. Əhalinin etnik tərkibi
yalnız azərbaycanlılardan ibarət
idi.
Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb, 3 kitabxana,
1 mədəniyyət evi, 1 klub, 1 muzey, 1 FMM mövcud idi (hazırda bu müəssisələrin
əksəriyyəti öz fəaliyyətini davam etdirir).
Hiç yorum yok:
Yorum Gönder