Tarixi liderlər
tarixi proseslərə təsir göstərə biləcək gücdə olan, cəmiyyətdə baş verən hər
hansı hadisədə uğur qazanmaq üçün kütləni öz ardınca apara biləcək
şəxslərdir. Hər bir ölkə dünya tarixindəki önəmli yerinə görə öz tarixi
liderlərinə borcludur. Ta qədimdən yüksək dövlətçilik mədəniyyətinə malik olan
Azərbaycanda da zaman-zaman vətən tarixinə adını əbədi həkk etdirən liderlər
yetişib. Həmin liderlərin tarixi missiyası ilə sizi tanış edirik:
Cavanşir (hakimiyyət illəri: 638-681)
Albanların son
hökmdarı olmuşdur. Hələ Sasani tərkibində olarkən ərəblərə qarşı öz sərkərdəlik
məharətini göstərmiş və ona Sasani hökmdarı tərəfindən bir çox dəyərli hədiyyələr
verilmişdir. Sasani imperiyasının zəifləməsindən istifadə edərək müstəqilliyini
əldə edən Albaniyaya cənubdan Sasani İranı, Qərbdən Bizans təzyiq göstərmiş,
şimaldan türk-xəzərlər ölkəyə soxulmağa can atmış, cənubdan isə ərəblər yürüş
etmiçlər. Belə bir zamanda Cavanşirin tarixi lider və siyasi xadim olaraq
xilafət, Bizans və Sasanilər arasında etdiyi siyasi manevr ölkənin
müstəqilliyini hələ onun ölümündən sonra da 20 ildən çox bir müddət yaşamasına
imkan yaratdı.
Babək (hakimiyyət illəri: 816-838)
Babək Xürrəmi
Azərbaycanda milli-azadlıq hərəkatının simvolu, görkəmli Azərbaycan sərkərdəsi
və siyasi xadimi olmuşdur. Məhz Babəkin liderlik xüsusiyyətinin göstəricisidir
ki, onun hərəkatın rəhbərliyini əlinə aldığı ilk zamanlardan Xürrəmilər
hərəkatı bütün Azərbaycana yayılmış oldu . 819-cu ildə paytaxtın Xorasandan
Bağdada köçməsi xürrəmilər hərəkatının yenidən çiçəklənməsindən və xilafəti
xeyli qorxuya salmasından xəbər verir. Orta əsr mənbələrinin məlumatına görə,
bu dövr ərzində xürrəmilər qarşı tərəfin 225500 nəfər əsgər və çoxlu
sərkərdəsini məhv etmişlər. Babəkin təkcə sərkərdə kimi deyil, həm də bir
siyasi xadim olaraq istedadı hərəkatın məğlub olduğu ərəfədə Bizans imperatoru
ilə apardığı danışıqlarda da öz əksini tapmışdır. Bu hərəkat qüdrətli Abbasilər
dövlətinin ayrı-ayrı dövlətlərə parçalanmasına səbəb olan əsas siyasi
qüvvələrdən bir hesab olunur.
Şəmsəddin Eldəniz (hakimiyyət illəri: 1136-1175)
Eldənizlər
dövlətinin qurucusu olmuş və Qafqaz dağlarından Fars körfəzinə qədər geniş bir
ərazini öz hakimiyyəti altında cəmləşdirmişdir. Eldənizin tabeçiliyində olan
torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran,
Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi.
Şəmsəddin Eldəniz 2 əsrdən çox ölkəmizə ardı-arası kəsilməyən yürüşlər edən
gürcü knyazlarına qarşı uğurlu mübarizə apararaq1175-ci ildə gürcüləri məğlub
etdikdən sonra qərb sərhədlərində vəziyyət sabitləşmiş, köhnə sərhədlər bərpa
olunmuşdur.
Şeyx İbrahim Dərbəndi (hakimiyyət illəri: 1382-1417)
Şeyx İbrahim
Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları sülaləsinin ilk
nümayəndəsidir.
Şeyx İbrahim görkəmli
siyasi xadim olmuşdur. O, Yaxın Şərqdə Teymurun işğalçılıq müharibələri ilə bağlı
ağır xarici siyasi hadisələrin baş verdiyi bir dövrdə hökmdarlıq etmişdir.
Teymur Azərbaycana
hücum edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən işğalçı ordunun
qarşısında duruş gətirməyin çətin olacağını və Şirvanın viran ediləcəyini başa
düşən Şeyx İbrahim Teymura itaət göstərərək ona tabe oldu və onun rəğbətini
qazanaraq Şirvanın hakimi saxlanıldı. İbrahimin müdrik siyasəti Şirvanı
fəlakətdən xilas etdi, bundan əlavə də Şeyx İbrahimin apardığı uğurlu
diplomatik siyasətin nəticəsidir ki sonrakı dövrlərdə Teymur məhz onun xahişi
ilə Şəki hakimi Sidi Əhməd və gürcü hökmdarı Georgiyə zamin durduqdan sonra
onları bağışladı.
1406-cı ildə Təbrizdə
hakimiyyətdaxili iğtişaşlardan istifadə edən və Teymurilərin asılılığından
çıxmış Şeyx İbrahim öz qoşunları ilə Təbrizə doğru hərəkət etdi və əraziləri
bir dövlətədə birləşdirmək məqsədilə Cənubi Azərbaycanı ilhaq etməyə can atdı.
O, müəyyən mənada buna nail olaraq kiçik bir zaman kəsiyində də olsa da
istəyinə çatdı.
Uzun Həsən (hakimiyyət illəri: 1468-1478)
1468-ci ildə
Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. Uzun Həsənin tolerantlığı - başqa
məzhəbə və dinlərə etiqad edən əhaliyə qayğısı bu nəhəng və çoxtayfalı ölkədə
sabitləşdirici rol oynamışdır.
Uzun Həsən Osmanlı
imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa,
Avstriya, Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neopolitan
Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə
diplomatik münasibətlər saxlamışdır.
Uzun Həsən ordunu
təkmilləşdirmək və nizami ordu yaratmaq məqsədilə Avropadan mütəxəssislər də
çağırmışdır. Venesiya və başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah
istehsal etmək üçün Uzun Həsənə köməklik göstərmişlər. Bunula da ölkədə top
istehsalına başlanılmış, topçu kadrlar hazırlanmasının əsası qoyulmuşdur.
Şah İsmayıl Xətai (hakimiyyət illəri: 1501-1524)
1501-ci ilin
payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan edərək paytaxtı Təbriz olan
Səfəvilər dövlətinin əsasını qoymuşdur. Onun dövründə Azərbaycan türkcəsi ana
dili kimi qəbul edilmiş və əsas yazışmalar rəsmi səviyyədə bu dildə
aparılmışdır.
Bütün əraziləri
özündə birləşdirərək böyük bir dövlət yaratmağa hələ hakimiyyətinin ilk
illərində nail olan Şah İsmayıl İran, İraq, Şərqi Anadolunu və Gürcüstanı özünə
tabe etdirərək Səfəvilər dövlətini Yaxın Şərqdə qüdrətli dövlətə çevirmiş, onun
ərazisini 2 milyon 800 min kvadrat kilometrə çatdırdı.
Şah I Abbas (hakimiyyət illəri: 1587-1629)
Şah I Abbasın
hakimiyyətə gəldiyi zamanlar Azərbaycan, demək olar ki, bütünlüklə (Talış
bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının nəzarətinə keçmişdi.
Şah I Abbas sülh
bağladıqdan sonra keçirdiyi islahatlarla tarixi liderlik statusu qazandı. Qeyri
türklər, əsasən də farslar üzərində hakimiyyəti möhkəmləndirmək üçün paytaxtı
onların sıx yaşadığı İsfahan köçürdü. Ordunu yenidən təşkil etdi. Belə ki
orduda qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamalar adlanan birliklər
yaratdı. Böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi.
1612-ci il Sərab və
1618-ci il Mərənd sülh müqavilələri ilə yenidən Səfəvilər dövlətinin əvvəlki
sərhədlərini bərpa etməyə nail oldu və Portuqaliyalıları Hörmüzdən çıxarmaqla
müstəqilliyə olan zərbələri birdəfəlik dəf etdi. Bununla da Səfəvilərin süqutunun
qarşısını aldı və yenidən inkişafına rəvac verdi.
Nadir şah Əfşar (hakimiyyət illəri: 1736-1747)
Nadir şah hаkimiyyətə
gəlməsi ilə ölkə dаxilində türk tаyfаlаrının bir dövlət hаlındа birləşməsinə
nаil оlmuş, yaranmış məzhəb ayrılığının qarşısının alınmasında müstəsna
xidmətlər göstərmiş, hərbi sаhəni yеniləşdirmiş və möhkəmləndirmişdir.
Nadir Şah, 1736-cı
ildə hakimiyyətə gələn kimi Qəndəhаr və Pişəvаrı kеçib, Аttоk və Cəlum
çаylаrını аdlаyıb 1738-ci ildə Lаhоru fəth etmişdir. O, 1739-cu ildə Dеhlini də
öz hakimiyyəti altına almış və bеləliklə, İraqdаn, Dəmirqapı Dərbənddən Kəşmir
və Dеhliyədək geniş bir əraziyə sahib olmuşdur. Nadir Şah sаysız vаrdаn,
kаrvаnlа yüklənmiş dаş-qаşdаn bаşqа 3 milyаrd hind gümüş rupisi ilə gеri
qаyıtmışdır. Osmanlı və Rusiya ilə müqavilələr imzalayaraq ölkədə sabitliyi
qısa bir müddətə də olsa bərpa edə bilmişdir.
Fətəli xan Əfşar (hakimiyyət illəri: 1747-1763)
XVIII əsrin
ortalarında Urmiya xanlığının əsasını qoymuş və Azərbaycanın bütövləşməsi
uğrunda öz səylərini göstərmişdir. 1759-cu ildə Qarabağ xanlığını
tutmaqla Urmiya xanlığının güclənməsinə şərait yaratmışdır. Nəticədə Urmiya,
Təbriz, Xoy, Qaradağ, Marağa və Sərab xanlıqları, yəni Ərdəbil və Maku
xanlıqları istisna olmaqla bütün Cənubi Azərbaycan xanlıqlarını birləşdirməklə
tarixi liderlik missiyasını həyata keçirmişdir. Ölkənin paytaxtı əvvəllər Urmiya,
sonralar isə Tərbriz şəhəri olmuşdur. Fətəli xan İranda ali hakimiyyət
uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra
hakimiyyətini Mərkəzi və Qərbi İrana da yaya bilmişdir.
Cavad xan (hakimiyyət illəri: 1748-1804)
Gəncə xanlığının son
hakimi olmuşdur. Hələ hakimiyyətinin ilk illərində Nadirin verdiyi Şəmşəddil
mahalını geri qaytarmışdır. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü
ilə qədər Rusiya təbbəliyini qəbul etməmiş və xanlığın azadlığı uğrunda
mübarizə aparmış və yalnız yanvarın 3-dən 4-nə keçən gecə general L.
Sisiyanovun başçılığı ilə uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı
qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Qubali Fətəli xan (hakimiyyət illəri: 1758-1788)
Nadir şah Əfşarın
ölümündən sonra Qubalı Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını
birləşdirməklə Şərqi Qafqazın tarixi lideri kimi tanınmışdır. O, Şamaxı, Şəki,
Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və Ərəş sultanlığını ittifaqa
çağırmış, ittifaqa gəlməyən xanlıqları birləşdirmək üçün silaha əl atmağa
məcbur olmuş və 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və
bir az sonra Bakı xanlığını özünə tabe etmişdir. Otuz illik silahlı
mübarizədən sonra Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirməyə nail
oldu.
Hiç yorum yok:
Yorum Gönder