Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinin 19 aprel 1991 – ci il tarixli əmri ilə Xocalı rayon Kosalar kənd
nümayəndəliyinin Yolaba kənd Tarix –
Diyarşünaslıq muzeyi yaradılmışdır.
1992 – ci ildə may ayının 9 – da ermənilərin Kosalar kəndinə hücumu zamanı
bütün eksponantlar işğal zonasında qalmışdır. Məcburi köçkün düşəndən sonra
Xocalı rayon Kosalar kənd nümayəndəliyi Kəpəz rayonunun Hacıkənd qəsəbəsində
məskunlaşmışdır. O, vaxtdan da Yaloba kənd Tarix – Diyarşünaslıq muzeyi
Hacıkənd qəsəbəsində fəaliyyət göstərir.
Kənd işğal olunmamışdan qabaq muzeydə
800 adda 1500 ədəd qiymətli eksponantlar var idi. Qarabağın tarixini əks
etdirən qədim xalçalar, kilimlər və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı
və geramikadan hazırlanmış maddi məişət əşyaları, Şuşa rəssamlarının əl ilə
yağlı boyalarla çəkdikləri rəsm əsərləri, Qarabağın keçmiş mədəniyyət
xadimlərinin portretləri, qədim kənd təsərrüfatı əşyaları muzeydə saxlanılırdı.
İndi isə muzeydə vətənpərvərlik mövzusunda stentlərdən ibarət sərgilər və
Qarabağın qədim tarixini əks etdirən
çoxlu sayda eksponantlar toplanaraq muzeyin fonduna daxil edilmişdir.
Hiç yorum yok:
Yorum Gönder