Xocalı rayonu Azərbaycan Respublikasının ən qədim insan məskənlərindən biri, şəhər və rayon mərkəzidir. Xocalı şəhəri Bakı - Şuşa avtomobil yolunun üstündə, Kiçik Qafqaz dağlarının Qarabağ silsiləsində, əsasən dağlıq ərazidə yerləşir.
Xocalı rayonu 1991 - ci il noyabr ayının 26 - da yaradılmışdır. Ərazisi 0,97 min kv. km, əhalisi ermənilərlə birlikdə 24417 nəfər olmuşdur. Rayonda 1 şəhər, 2 qəsəbə, 52 kənd var idi. Mərkəzi Xocalı şəhəridir. Rayonun ərazisi 1991 - 1992 - ci illərdə Ermənistan Respublikası tərəfindən işğal edilmişdir.
7000 - dən çox əhalisi olan Xocalı şəhəri Azərbaycan türklərinin tarixən məskunlaşdığı yerdir. Tarxi abidələrlə zəngin olan Xocalı b. e. ə. XIV - VII əsrlərə aid Xocalı - Gədəbəy arxeoloji mədəniyyətinin mərkəzlərindən biridir.
Xocalıda aparılan qazıntılar zamanı tapılan saxsı qablar
Burada son tunc və dəmir dövrünə aid tarixi abidələr, kurqanlar, nekropollar və daş qutu qəbirlər aşkar edilmişdir. Həmçinin burada memarlıq abidəri - türbə və movzoleylər yerləşirdi. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, tunc, bəzək əşyaları və gildən düzəldilmiş məişət əşyaları aşkar edilmişdir. Toplanmış arxeoloji nümunələr içərisində Assuriya carı Adadnerarinin (b. e. ə. 807 - 788 - ci illər) adı yazılmış əqiq muncuq vardır.
1992 - ci il fevralın 25 - dən 26 - na keçən gecə erməni hərbi birləşmələri Xankəndi şəhərində yerləşən keçmiş Sovet ordusuna məxsus 366 - cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərinə hücum etdilər. Fevralın 25 - i axşamdan başlayaraq şəhər toplardan və ağır zirehli texnikalardan şiddətli artilleriya atəşinə tutuldu. Şəhəri yerlə - yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdu. Həmin gecə 613 nəfərdən artıq Xocalı sakini məhv edilmişdir: - Onlardan 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. - 8 ailə tamamilə məhv edilmişdir; - 27 ailənin yalnız 1 üzvü qalıb; - 56 insan işgəncə ilə öldürülmüşdür; - 25 uşaq hər iki valideynini itirmişdir; - 130 uşaq valideynlərdən birini itirmişdir. - 230 ailə öz başçısını itirmişdir; - 487 insan şikəst olmuşdur; - onlardan 76 -sı həddi - buluğa çatmamışlardır: - 1275 nəfər əsir götürülmüşdür; - 1165 nəfər girovluqdan azad edilmişdir; - 150 nəfər itkin düşmüşdür.

.jpg)
Məcburi köçkünə çevrilmiş və Azərbaycanın 48 rayonunda müvəqqəti sığınacaq tapmış Xocalı sakinləri Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, Respublikamızın ərazi bütövlüyünün bərpa olunmasını səbrsizliklə gözləyirlər. Onlar dünya ictimaiyyətini, dünya dözlətlərini, beynəlxalq təşklilatları haqq və ədalətin bərpasına səs verməyə, XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının təşkilatçıları və icraçılarının layiq olduğu cəzanı almalarına rəvac verməyə çağırırlar.
Ermənistan Respublikasının işğalçılıq siyasətinə məruz qalan bir milyondan çoxinsan qaçqın və məcburi köçkünə çevrilmişdir. Onlar ağır şəraitdə - çadır şəhərciklərində, yığma evlərində, yük vaqonlarında və yaşayış üçün uyğun şəraiti olmayan digər yerlərdə yaşayırlar.
BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikası ərazisinin Ermənistan ordusu tərəfindən işğalı ilə bağlı qəbul etdiyi 822, 853, 874, 88d saylı qətnamələri hələ də yerinə yetirilmir. Ermənistan Respublikası beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur.
Biz hamımız bir planetin sakinləriyik və bizim ümumi evimizi ölüm və qanla hədələyən kəslərə qarşı birlikdə və qətiyyətlə mübarizə aparmalıyıq. İnanırıq ki, XXI yüzilliyə qədəm qoymuş xalqların xoşbəxt yaşamaları naminə, yüksək insani dəyərlərin təntənəsi naminə sülhpərvər dünya ictimaiyyəti, dünya dövlətləri və beynəlxalq təşkilatlar ədalətin bərpasını dəstəkləyəcəklər.

Hiç yorum yok:
Yorum Gönder