26 Ağustos 2014 Salı
MUZEYİN DİREKTORU
Məmmədov Tofiq Şahlar oğlu 1965 – ci il 10 iyun tarixində Xocalı rayon Kosalar kəndində anadan olubdur. 1973 – cü ildə Yaloba kənd ibtidai sinfinə getmiş və 1980 – ci ildə həmin məktəbin 8 – ci sinfini bitirdikdən sonra elə həmin ili Xankəndi 21 saylı Texniki Peşə Məktəbinə daxil olmuşdur. 1983 – cü ildə çilingər peşəsini bitirmişdir. 1983 – cü ildə hərbi komissar tərifindən hərbi xidmətə göndərilmişdir. 1985 – ci ildə hərbi xidməti başa vuraraq Vətənə qayıtmışdır. 1986 – cı ildə Əsgəran rayonunun yaloba kəndində klub müdiri vəzifəsində işləmişdir. 1990 – cı ildə Şuşa şəhər Məşədi Əzizabəyov adına Mədəni – maarif məktəbinə daxil olmuşdur. 1993 – cü ildə həmin məktəbi bitirmişdir.
Qarabağ müharibəsi veteranıdır. Hal – hazırda məcburi köçkün kimi Kəpəz rayon Hacıkənd qəsəbəsində məskunlaşmışdır.
1991 – ci ildən Xocalı rayon Yaloba kənd Tarix Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsini icra edir.
Ailəlidir. İki övladı var.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder