Maddə 23. Azərbaycan dövlətinin
rəmzləri
(Konstitusiya maddəsi)
(Konstitusiya maddəsi)
I. Azərbaycan
Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı,
Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət
himnidir.
II. Azərbaycan
Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı
zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın
ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz
təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan
Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin
təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya
qanunu ilə müəyyən edilir.
Bu bayraq ikinci dəfə
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı
ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti
qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması
haqqında vəsatət qaldırmışdır.
1991-ci il fevral
ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı
kimi qəbul edilməsi haqqında qərar vermişdir.
Azərbaycan
Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı
zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng -
Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət
qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam
sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın
hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
DÖVLƏT GERBİ
1990-cı il noyabrın
17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı
məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın
Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında
vəsatət qaldırmışdır.
Müsabiqə 1991-ci il
fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunmuşdur.
1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim
olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən
birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdir.
Azərbaycan
Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya
Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini
müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq
etmişdir.
Azərbaycan
Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.
Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində
yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan
Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun
mərkəzində alov təsviri vardır.
Dövlət gerbinin
qabarıq təsviri:
Azərbaycan
Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;
Azərbaycan
Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin
xidməti kabinetinə;
Azərbaycan
Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə
iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali
Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə;
Azərbaycan
Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının
binalarına;
Azərbaycan
Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq
idarələrinin binalarına vurulur.
DÖVLƏT HİMNİ
1920-ci il yanvarın
30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli
himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif
Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq
Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın
27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında"
Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov
və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı"
Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Musiqisi: Üzeyir
Hacıbəyovun
Sözləri: Əhməd Cavadındır |
|
Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üç rəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər! Hərə bir qəhrəman oldu! Sən olasan gülüstan, Sənə hər an can qurban! Sənə min bir məhəbbət Sinəmdə tutmuş məkan! Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə, Cümlə gənclər müştaqdır! Şanlı Vətən, şanlı Vətən! Azərbaycan, Azərbaycan! |
Hiç yorum yok:
Yorum Gönder