18 may Beynəlxalq Muzeylər Günü Yaloba kənd Tarix - Diyarşünaslıq Muzeyində də böyük bir tədbir ilə qeyd edildi. Tədbirdə Kosalar, Yaloba, Başkənd tam orta məktəblərinin müəllim və şagird kollektivləri və kənd sakinləri iştirak etdi. Muzeyin dirketoru Məmmədov Tofiq Azərbaycandakı muzeylərin tarixindən və Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə o cümlədən muzey evlərinə göstərdiyi qayğıdan bəhs etdi. Tədbirin sonunda qonaqlar muzeyin eksponantları ilə yaxından tanış oldular.
26 Mayıs 2014 Pazartesi
14 Mayıs 2014 Çarşamba
AVROPADA "MUZEYLƏR GECƏSİ" KEÇRİLƏCƏK.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə
görə, aksiyaya müxtəlif ölkələrin iri muzeyləri, sərgi salonları və
qalereyaları cəlb olunacaq.
«Muzeylər gecəsi» mayın 17-də Avropada səyahətdə olanlara bir gecədə bir neçə muzeydə olmaq kimi unikal imkan verəcək.
İri şəhərlərdə muzeylərə gedənlərin rahatlığını təmin etmək üçün sərgi salonları arasında şütüyən xüsusi şattl-avtobuslar təşkil ediləcək.
Aksiya çərçivəsində muzeylərin çoxu pulsuz olacaq.
Bundan əlavə, bəzi şəhərlərdə muzeylərə vahid biletlər satılacaq.
Aksiya dünya üzrə bir neçə min mədəniyyət müəssisəsini birləşdirir.
Bu aksiyaya qoşulan muzeylərin sayı ilbəil artır..

ERMƏNİ TAPDAĞINDA QALAN TARİXİ ABİDƏLƏR
Azərbaycanın yüzlərlə
tarixi-dini abidələri erməni vandalizmi nəticəsində məhv edilib
Erməni işğalçılarının barbar hərəkətləri "Silahlı münaqişə baş
verdikdə mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyasına ziddir
Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş
ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq evlər talan
edilərək sökülmüş, yandırılmış, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar
dağıdılmışdır. İşğal olunmuş Azərbaycan rayonlarının talan və qarət
edilməsində, o cümlədən, evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir
daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edilməsi də
danılmaz faktdır.Maddi-mədəni mədəniyyət abidələrinin dağıdılması ilə bağlı
ciddi dəlil-sübutlar, faktlar mövcuddur ki, bu istiqamətdə də Respublika Hərbi
Prokurorluğunda cinayət tərkibli işlərə baxılmışdır.
QƏDİM AZƏRBAYCAN ŞƏHƏRİ - TƏBRİZ
Azərbaycanın
mədəniyyət mərkəzlərindən biri olan Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə qədim Şərqdə
şöhrət qazanmışdır. Ən qədim dövrlərdən mühüm ticarət yolları Cənubi Qafqaz,
İberiya və Qafqaz Albaniyasından Cənuba doğru – Beynəlnəhreyn və Hindistana
gedən ticarət yolları bu şəhərdən keçib getmişdir.
Qərbdən uzanan ticarət yolları da Kiçik Asiyanı keçərək Təbriz şəhərində Beynəlnəhreyn və Hindistandan gələn yollarla birləşmişdir. Beləliklə Təbriz şəhərinin inkişaf etməsinə təsir göstərən mühüm amillərdən biri ticarət yolları olmuşdur.

12 Mayıs 2014 Pazartesi
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ
Maddə 23. Azərbaycan dövlətinin
rəmzləri
(Konstitusiya maddəsi)
(Konstitusiya maddəsi)
I. Azərbaycan
Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı,
Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət
himnidir.
II. Azərbaycan
Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı
zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın
ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz
təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan
Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin
təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya
qanunu ilə müəyyən edilir.
Qobustan
Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km. aralıda yerləşir. Sahəsi təxminən 3-4 km-dir.

Qız qalası
Bakının, eləcə də
Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala
divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.
Hündürlüyü 28 m,
diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5
m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma
daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey
kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi
siyahısına salınmışdır.
Azərbaycanın
emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də
dəfələrlə təsvir edilmişdir.
8 Mayıs 2014 Perşembe
AZƏRBAYCAN MUZEYLƏRİ
Azərbaycan
muzeyləri — Azərbaycan ərazisindəki muzeylər. Hazırda Azərbaycanda
201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si
tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər
Əliyev muzeyləridir.
Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların
nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir. Həmin muzeylər
sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan
Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyini, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar.
2 Mayıs 2014 Cuma
Azərbaycanda turizm haqqında

Azərbayanda qədim və orta əsrlərin ticarət karvanları mərhələləri
Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra təqdimatı olmuşdur
Noyabrın 8-də Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra, “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin internet saytının təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ali Məclisin Sədri Vasif Talıbov təqdimat mərasimində çıxış edərək demişdir: Mədəniyyət və incəsənət daim qayğı tələb edən sahədir. “Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”, - deyən ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq milli mədəni irsimizin qorunmasına xüsusi diqqət və qayğı göstərmişdir. Görülən tədbirlər nəticəsində xalq tətbiqi sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, xalçaçılıq sənəti öz yüksək qiymətini almışdır.

Xocalı rayon Yaloba kənd Tarix – Diyarşünaslıq muzeyi.
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinin 19 aprel 1991 – ci
il tarixli əmri ilə Xocalı rayon Kosalar kənd nümayəndəliyinin Yolaba kənd Tarix – Diyarşünaslıq muzeyi yaradılmışdır.
il tarixli əmri ilə Xocalı rayon Kosalar kənd nümayəndəliyinin Yolaba kənd Tarix – Diyarşünaslıq muzeyi yaradılmışdır.
1992 – ci ildə may ayının 9 – da ermənilərin Kosalar kəndinə hücumu zamanı
bütün eksponantlar işğal zonasında qalmışdır. Məcburi köçkün düşəndən sonra
Xocalı rayon Kosalar kənd nümayəndəliyi Kəpəz rayonunun Hacıkənd qəsəbəsində
məskunlaşmışdır. O, vaxtdan da Yaloba kənd Tarix – Diyarşünaslıq muzeyi
Hacıkənd qəsəbəsində fəaliyyət göstərir.
Kaydol:
Kayıtlar (Atom)