Yaloba kənd Tarix - Diyarşünaslıq Muzeyi
26 Ağustos 2014 Salı
MUZEYİN DİREKTORU
Məmmədov Tofiq Şahlar oğlu 1965 – ci il 10 iyun tarixində Xocalı rayon Kosalar kəndində anadan olubdur. 1973 – cü ildə Yaloba kənd ibtidai sinfinə getmiş və 1980 – ci ildə həmin məktəbin 8 – ci sinfini bitirdikdən sonra elə həmin ili Xankəndi 21 saylı Texniki Peşə Məktəbinə daxil olmuşdur. 1983 – cü ildə çilingər peşəsini bitirmişdir. 1983 – cü ildə hərbi komissar tərifindən hərbi xidmətə göndərilmişdir. 1985 – ci ildə hərbi xidməti başa vuraraq Vətənə qayıtmışdır. 1986 – cı ildə Əsgəran rayonunun yaloba kəndində klub müdiri vəzifəsində işləmişdir. 1990 – cı ildə Şuşa şəhər Məşədi Əzizabəyov adına Mədəni – maarif məktəbinə daxil olmuşdur. 1993 – cü ildə həmin məktəbi bitirmişdir.
Qarabağ müharibəsi veteranıdır. Hal – hazırda məcburi köçkün kimi Kəpəz rayon Hacıkənd qəsəbəsində məskunlaşmışdır.
1991 – ci ildən Xocalı rayon Yaloba kənd Tarix Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsini icra edir.
Ailəlidir. İki övladı var.
26 Mayıs 2014 Pazartesi
18 may - Beynəlxalq Muzeylər Günüdür.
18 may Beynəlxalq Muzeylər Günü Yaloba kənd Tarix - Diyarşünaslıq Muzeyində də böyük bir tədbir ilə qeyd edildi. Tədbirdə Kosalar, Yaloba, Başkənd tam orta məktəblərinin müəllim və şagird kollektivləri və kənd sakinləri iştirak etdi. Muzeyin dirketoru Məmmədov Tofiq Azərbaycandakı muzeylərin tarixindən və Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə o cümlədən muzey evlərinə göstərdiyi qayğıdan bəhs etdi. Tədbirin sonunda qonaqlar muzeyin eksponantları ilə yaxından tanış oldular.
14 Mayıs 2014 Çarşamba
AVROPADA "MUZEYLƏR GECƏSİ" KEÇRİLƏCƏK.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə
görə, aksiyaya müxtəlif ölkələrin iri muzeyləri, sərgi salonları və
qalereyaları cəlb olunacaq.
«Muzeylər gecəsi» mayın 17-də Avropada səyahətdə olanlara bir gecədə bir neçə muzeydə olmaq kimi unikal imkan verəcək.
İri şəhərlərdə muzeylərə gedənlərin rahatlığını təmin etmək üçün sərgi salonları arasında şütüyən xüsusi şattl-avtobuslar təşkil ediləcək.
Aksiya çərçivəsində muzeylərin çoxu pulsuz olacaq.
Bundan əlavə, bəzi şəhərlərdə muzeylərə vahid biletlər satılacaq.
Aksiya dünya üzrə bir neçə min mədəniyyət müəssisəsini birləşdirir.
Bu aksiyaya qoşulan muzeylərin sayı ilbəil artır..
«Muzeylər gecəsi» mayın 17-də Avropada səyahətdə olanlara bir gecədə bir neçə muzeydə olmaq kimi unikal imkan verəcək.
İri şəhərlərdə muzeylərə gedənlərin rahatlığını təmin etmək üçün sərgi salonları arasında şütüyən xüsusi şattl-avtobuslar təşkil ediləcək.
Aksiya çərçivəsində muzeylərin çoxu pulsuz olacaq.
Bundan əlavə, bəzi şəhərlərdə muzeylərə vahid biletlər satılacaq.
Aksiya dünya üzrə bir neçə min mədəniyyət müəssisəsini birləşdirir.
Bu aksiyaya qoşulan muzeylərin sayı ilbəil artır..
ERMƏNİ TAPDAĞINDA QALAN TARİXİ ABİDƏLƏR
Azərbaycanın yüzlərlə
tarixi-dini abidələri erməni vandalizmi nəticəsində məhv edilib
Erməni işğalçılarının barbar hərəkətləri "Silahlı münaqişə baş
verdikdə mədəni dəyərlərin qorunması haqqında" Haaqa Konvensiyasına ziddir
Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş
ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq evlər talan
edilərək sökülmüş, yandırılmış, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar
dağıdılmışdır. İşğal olunmuş Azərbaycan rayonlarının talan və qarət
edilməsində, o cümlədən, evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir
daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edilməsi də
danılmaz faktdır.Maddi-mədəni mədəniyyət abidələrinin dağıdılması ilə bağlı
ciddi dəlil-sübutlar, faktlar mövcuddur ki, bu istiqamətdə də Respublika Hərbi
Prokurorluğunda cinayət tərkibli işlərə baxılmışdır.
QƏDİM AZƏRBAYCAN ŞƏHƏRİ - TƏBRİZ
Azərbaycanın
mədəniyyət mərkəzlərindən biri olan Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə qədim Şərqdə
şöhrət qazanmışdır. Ən qədim dövrlərdən mühüm ticarət yolları Cənubi Qafqaz,
İberiya və Qafqaz Albaniyasından Cənuba doğru – Beynəlnəhreyn və Hindistana
gedən ticarət yolları bu şəhərdən keçib getmişdir.
Qərbdən uzanan ticarət yolları da Kiçik Asiyanı keçərək Təbriz şəhərində Beynəlnəhreyn və Hindistandan gələn yollarla birləşmişdir. Beləliklə Təbriz şəhərinin inkişaf etməsinə təsir göstərən mühüm amillərdən biri ticarət yolları olmuşdur.
Qərbdən uzanan ticarət yolları da Kiçik Asiyanı keçərək Təbriz şəhərində Beynəlnəhreyn və Hindistandan gələn yollarla birləşmişdir. Beləliklə Təbriz şəhərinin inkişaf etməsinə təsir göstərən mühüm amillərdən biri ticarət yolları olmuşdur.
12 Mayıs 2014 Pazartesi
AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT RƏMZLƏRİ
Maddə 23. Azərbaycan dövlətinin
rəmzləri
(Konstitusiya maddəsi)
(Konstitusiya maddəsi)
I. Azərbaycan
Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı,
Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət
himnidir.
II. Azərbaycan
Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı
zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın
ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz
təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan
Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin
təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya
qanunu ilə müəyyən edilir.
Qobustan
Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km. aralıda yerləşir. Sahəsi təxminən 3-4 km-dir.

Kaydol:
Kayıtlar (Atom)